Bu görüş Ukrayna-Rusiya müharibəsinin dayandırılmasına hansı töhfəni verəcək?

19:30 10-03-2022 | icon 430 | Geopolitika
Bu görüş Ukrayna-Rusiya müharibəsinin dayandırılmasına hansı töhfəni verəcək?

“Atəşkəs mümkün olmadıqca və hansısa kompromis əldə edilmədikcə...”

 

Bu gün dünyanın gözü Antaliyada. Xəbər verildiyi kimi, bu gün Türkiyənin Antaliya şəhərində başlayan Diplomatiya Forumu çərçivəsində Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun iştirakı ilə Rusiya XİN başçısı Sergey Lavrov və Ukrayna XİN başçısı Dimitri Kuleba arasında görüş keçrilib.

 

Məlum üçtərəfli Antaliya görüşü Ukrayna-Rusiya müharibəsinin dayandırılmasına hansı töhfəni verəcək?

 

 

Politoloq Samir Hümbətov hesab edir ki, Kreml tərəfi bu görüşdən irəliləyişlər gözləsə də, Ukrayna ciddi uğur gözləmir. Politoloq Ukrayna tərəfinin yaydığı məlumatlara əsasən 15 gün ərzində Rusiya tərəfinin 12 000-dən çox hərbçi itirdiyini, 3000 dən çox hərbiçinin əsir düşdüyünü vurğulayıb.

 

Qeyd edib ki,  məlumatlara əsasən Rusiyaya məxsus 49 təyyarə, 81 helikopter, 335 tank, 1 105 zirehli döyüş maşını, 123 artilleriya qurğusu, 29 hava hücumundan müdafiə sistemi, 56 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 7 PUA, 3 qayıq, 526 avtomobil texnikası məhv edilib:

 

“Rusiyanın Ukraynada apardığı mühatibə 15 gündür ki, davam edir. Rusiya tərəfi hələ də ciddi uğur qazana bilməyib. Rusiyanın qısa müddətdə belə ciddi itkilər verməsi artıq vəziyyətin nədən ibarət olduğunu az da olsa deməyə imkan verir. Məhz buna görədir ki, Kreml adminstrasiyası Ukrayna ilə daha tez danışıqların başlaması üçün cəhdlər edir. Artıq Belarusiyada Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üç görüş baş tutub və demək olar ki, bu görüşlərdə ciddi uğur əldə edilməyib”.

 

Politoloq hesab edir ki, tərəflər arasında atəşkəs mümkün olmadıqca və hansısa kompromis əldə edilmədikcə danışıqların uğur gətirəcəyi inandırıcı görünmür.

 

 

Siyasi şərhçi Ramiyə Məmmədova Rusiya -Ukrayna xarici işlər nazirlərinin Antaliyada baş tutan görüşünü bu günə qədər aparılan ən mühüm görüş hesab edib:

 

“Üc nazir görüşlərə gəlmədən öncə dövlət başçıları tərəfindən tam təlimat almışlar və bu yöndə irələyəcəklər. Bütün məsələlərin 90 dəqiqə müddətdə tam danışılması mümükünsüzdür. Bunu ilk görüş və daha cox nəbz yoxlama görüşü və sonrakı görüşlərə hazırlıq kimi görmək olar”.

 

R.Məmmədova Türkiyənin bu görüşmələrdəki rolunu danılmaz hesab edib. O, bildirib ki, prezident Tayyib Ərdoğanın bir necə gün ardıcıl keçirdiyi görüşlər, Rusiya və Ukrayna prezidentləri ilə mütəmadi əlaqənin saxlanılması, İsrail prezidenti ilə görüşü və burda Azərbaycanın rolunun vacib olması, eləcə də Nursultan Nazarbayevin Antalyaya dəvət olunması, bügünkü üçlü Zirvə, sora Baydenlə Ərdoğanın telefon görüşməsi, sonra Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin qəbul edilməsi bu ölkənin qeopltik rolunun  durmadan artığını, düyanın və ən əsasda reqionun əvəz olunmaz aktoruna çevrildiyinin bariz nümunəsidir:

 

“Türkiyənin bugünkü rolunu Qərbə olan bir mesaj kimi də dəyərləndirmək olar. ABŞ-ın bütün dünyaya verdiyi hegemonluq mesajına qarşı “Dünya 5-dən böyükdür” -deməsi bu ərəfədə görünəcək”.

 

R.Məmmədova hesab edir ki, bugünkü Antalya Zirvəsinin atəşkəsin bir müddət daha uzanması Amerikanın Ukraynaya verəcəyi əmrlərə baxar.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ