Suqovuşan məktəbi təmir ediləcək

10:33 21-03-2022 | icon 538 | Təhsil
Suqovuşan məktəbi təmir ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşana səfərləri çərçivəsində qəsəbədəki 144 şagird yerlik tam orta məktəbin binasında olub, təhsil müəssisəsindəki vəziyyətlə maraqlanıblar.

 

Versus.az xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma eskiz layihəsi əsasında məlumat verdi.

 

Qeyd olundu ki, yararsız vəziyyətə düşmüş Suqovuşan qəsəbə tam orta məktəbinin binası Təhsil Nazirliyi tərəfindən təmir olunacaq. Diqqətə çatdırılıb ki, məktəbin ərazisi 1 hektardır. Binanın ümumi sahəsi 820 kvadratmetrə yaxındır. Məktəb 12 sinif otağından, 60 nəfərlik akt zalından və kitabxanadan ibarətdir.

 

Bildirildi ki, dördmərtəbəli binanın fasadının ətrafdakı fərdi evlərə uyğunlaşdırılacağı nəzərdə tutulur. Fasadda fərdi evlərdə olduğu kimi, dekorativ təbii daşlardan istifadə ediləcək. Məktəbdə müasir standartlara uyğun idman meydançası qurulacaq, həyətyanı sahə abadlaşdırılacaq.

 

Dövlətimizin başçısı məktəb binasının əsaslı təmirinə başlanılması barədə tapşırıq verdi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...