Xarici şirkətlərin Rusiyadan GEDİŞİ
Xarici şirkətlərin Rusiyadan getməsi səbəbindən 96 minə yaxın rusiyalı işsiz qalıb.
Bunu Federasiya Şurasının vitse-spikeri Qalina Karelova deyib. O, məşğulluq sahəsində operativ monitorinq məlumatlarına istinad edib.
Məlumata görə, səkkiz milyondan çox insanın işlədiyi 37 minə yaxın təşkilat iş rejimini dəyişib. Nəticədə 95 865 nəfər işsiz qalıb.
“Ən yüksək rəqəm Moskva, Samara, Kaluqa vilayətləri və Sankt-Peterburqda qeydə alınıb", - deyə Karelova bildirib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"