Qara dənizdə növbəti mina TƏŞVİŞİ

12:55 28-03-2022 | icon 483 | Gündəm
Qara dənizdə növbəti mina TƏŞVİŞİ

Qara dənizdə ikinci dəfə mina həyəcanı yaşanıb.

 

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər yayıb.

 

Bildirilir ki, minalar Qara dənizin qərb hissəsində aşkar edilib.

 

“Bolqarıstan sərhədinə yaxın İynəada şəhərinin sularında mina aşkar edildikdən sonra hadisə yerinə sövq edilən SAS qrupları (Sualtı Müdafiə Qrupu Komandanlığı) tərəfindən müdaxiləyə başlanılıb”, - deyə hərbi qurumdan əlavə edilib.

 

Xatırladaq ki, martın 26-da Qara dənizdə, Bosfor boğazında mina tapılmışdı. Ukraynanın Odessa sahillərində Rusiyanın hərbi gəmilərinə qarşı yerləşdirdiyi iddia edilən mina Qara dənizdə fırtına nəticəsində lövbərindən uzaqlaşaraq Türkiyə sahilləri üçün də təhlükə yaradıb. Türkiyə Hərbi Dəniz Qüvvələri gəmiləri xəbərdar edərək minalara qarşı diqqətli olmağı xahiş edib və NAVTEX (dənizçilərə xəbərdarlıq) yayımlayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK