Ali məktəblərdə dövlət dilinin ödənişsiz tədrisi TƏLƏBİ

18:43 30-03-2022 | icon 381 | Təhsil
Ali məktəblərdə dövlət dilinin ödənişsiz tədrisi TƏLƏBİ

Gürcüstanda azərbaycanlı gənclərin təmsil olunduğu “Salam” platforması “#GürcüDiliniPulsuzÖyrət” kampaniyasına başlayıb.

 

Versus.Az xəbər verir ki, sosial şəbəkələrdə aparılan kampaniyada milli azlıqlar üçün nəzərdə tutulmuş “1+4” proqramı çərçivəsində gürcü dili üzrə birillik hazırlıq kursunun ödənişsiz olması tələb edilir.

 

Təşkilat üzvləri dövlət universitetlərində hazırlıq kursuna görə 2 250 larinin (1 245 man) ödənilməsini ədalətsiz hesab edirlər.

 

Onların sözlərinə görə, heç bir ölkə öz vətəndaşlarından dövlət dilində təhsil almaq üçün pul almamalıdır:

 

“Gürcüstanda vətəndaş bərabərliyinə və millətlərarası həmrəyliyə nail olmaq üçün dövlət dilini bilmək çox vacibdir. Biz - Gürcüstanın qeyri-dominant etnik və dini qruplarından olan gənclər bəyan edirik ki, gürcü dilini sərbəst, keyfiyyətli və ödənişsiz öyrənmək istəyirik”.

 

“Salam”da hesab edirlər ki, 2010-cu ildən həyata keçirilən proqramın islahat və yenilənməyə ehtiyacı var.

 

Azərbaycanlı gənclərin kampaniyasını dəstəkləyənlər arasında digər etnik azlıqların nümayəndələri və gürcülər də yer alıb.

 

Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə Gürcüstanın ali məktəblərinə 1 072 nəfər azərbaycanlı abituriyent daxil olub. Onların 1 033-ü “1+4” proqramı üzrə qəbul olunub.

 

Xatırladaq ki, tətbiqinə 2010-cu ildən başlanılmış “1+4” proqramı xüsusi olaraq Gürcüstanda yaşayan milli azlıqlar üçün hazırlanıb. Proqrama əsasən, abituriyentlər Azərbaycan, erməni və osetin dillərində ümumi biliklərdən test imtahanı verirlər. Ali məktəbə qəbul olmuş tələbələr bir il ərzində gürcü dilini öyrənirlər və daha sonra istədikləri ixtisas üzrə bakalavr pilləsi üzrə təhsil almaq imkanı əldə edirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR