Rusiya niyə erməni cinayətkarın xatirə lövhəsini ləğv etmir?

11:35 07-01-2019 | icon 369 | Siyasət
Rusiya niyə erməni cinayətkarın xatirə lövhəsini ləğv etmir?

Rusiyanın Armavir şəhərinin prokurorluğu şəhər əhalisinin Zəngəzurda və Dağlıq Qarabağda azərbaycanlıların kütləvi şəkildə öldürülməsində əli olan millətçi Qaregin Ter-Arutyunyanın (Njde) xatirə lövhəsinin ləğv edilməsi ilə əlaqədar müraciətini diqqətsiz qoyub.

Versus.Az  virtualaz.org-a istinadən bildirir ki, xatirə lövhəsi 2012-ci ildə yerli erməni məbədinin ərazisində quraşdırılıb.

Mənbə bildirir ki, müraciətin diyar prokurorluğuna və Baş Prokurorluğa ünvanlanmasından bir il keçsə də, hələlik bir reaksiya yoxdur. "Hakimiyyət Üçüncü reyxə xidmət etmiş Njdenin xatirə lövhəsinin ləğvi məsələsinə barmaqarası baxır. Onun lövhəsi həmin faşist işğalçıları ilə vuruşmuş Sovet İttifaqı qəhrəmanlarının xatirə lövhələri ilə yanaşı asılıb", - mənbə əlavə edib.

Şəhər prokurorluğu sakinlərin müraciətini baxılmaq üçün Armavir şəhər administrasiyasına yollamaqla işini bitmiş hesab edib. Hətta müvafiq yoxlamanın keçirilib-keçirilməməsi belə məlum deyil.

Şəhər administrasiyasının da vəziyyətə yanaşması birmənalı deyil. Mənbə bildirir ki, xatirə lövhəsinin açılışında Armavir şəhər administrasiyasının rəhbərinin müşaviri Vladimir Pavlyuçenkov iştirak edib. Lakin 2017-ci ildə administrasiya bu məsələyə aidiyyatının olmamasını vurğulayıb və əlavə edib ki, lövhə özəl mülkiyyətin ərazisində yerləşir.

Lakin şəhər administrasiyası məsələni diqqətdən tam kənarda da qoymayıb. Rusiya Daxili İşlər Nazirliyinin Baş informasiya-analitik mərkəzinə sorğu göndərilib. Njdenin cinayət işi barədə qeydiyyat olduğu təqdirdə xatirə lövhəsi ləğv edilə bilərdi. Lakin nazirlikdən məlumat verilib ki, Njde barədə onlarda məlumat yoxdur.

Müraciətin müəllifləri aydınlaşdırıblar ki, Njde barəsində cinayət işinin qeydiyyat vərəqəsi Rusiya DİN-in Vladimir vilayəti üzrə idarəsindədir. Oradan isə məlumat verilib ki, erməni faşist 1948-ci ilin aprelində ittiham edilib və 25 il müddətinə həbs cəzasına məhkum olunub. 1955-ci ilin dekabr ayının 21-də Ter-Arutyunyan həbsxanada ölüb. Bildirilib ki, "ölmüş məhbusun vərəqəsinin surəti prokurorluğun müraciəti əsasında təqdim edilə bilər". Lakin prokurorluq bu istiqamətdə hər hansı iş görməyə tələsmir.

Mənbə bildirir ki, vəziyyətdən çıxış yolu yalnız daha yüksək instansiyalara Armavir şəhər prokurorluğu haqqında şikayət etməkdir. "Həmin vərəqənin surəti məhkəmədə əsaslı dəlil ola bilər", - "Krasnaya vesna" yazır.

Maraqlıdır ki, Armavir prokurorluğunun bu məsələdə fəaliyyətsizliyi barədə məqaləni dərc etmiş "Krasnaya vesna" nəşrinin təsisçisi erməni mənşəli rusiyalı siyasi xadim Sergey Kurginyandır.

Kurginyan daha öncə 1988-ci ildə Sumqayıt sakinlərinin "qətlə yetirilməsində" azərbaycanlıların deyil, beynəlxalq özəl qurumların muzdla tutulmuş nümayəndələrinin əli olduğunu bildirmişdi və bu bəyanat ermənilər üçün gözlənilməz olmuşdu. "Bu adamlar erməniləri öldürür, sonra bu işə azərbaycanlıları qoşurdular, sonra azərbaycanlıları öldürür və işə erməniləri qoşurdular. Daha sonra ermənilərlə azərbaycanlıları toqquşdurur və idarə olunan gərginlik başlayırdı. Biz bunların hamısını görmüşük, bunun arxasında nəyin durduğunu görmüşük", - Kurginyan deyirdi.

O, bu sözləri ötən ilin martında - Ermənistanda Sumqayıt hadisələrini "erməni genosidi" kimi qələmə vermək üçün növbəti cəhd edilərkən səsləndirmişdi.

Njde mövzusuna qayıdaraq bildirək ki, 2017-ci ilin sonlarında Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan "Zvezda" telekanalı Njdenin qəhrəmanlaşdırılmasına görə rəsmi Yerevanı kəskin tənqid etmişdi. Erməni faşistinin abidəsinin açılışında Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyan şəxsən iştirak etmişdi.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ