Bakının mərkəzi SUSUZ QALDI
Bakının Neftçilər prospektindən keçən su xəttində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
Bu barədə Versus.Az-a “Azərsu” ASC-dən məlumat verilib.
Məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Qurum yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"