Ukraynadakı tələbələrimiz Azərbaycan universitetlərinə köçürülür?

12:19 13-04-2022 | icon 508 | Təhsil
Ukraynadakı tələbələrimiz Azərbaycan universitetlərinə köçürülür?

Ukraynada təhsil alan azərbaycanlı tələbələrin Azərbaycandakı ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə aydınlıq gətirilib.

 

Versus.Az xəbər verir ki, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında tələbələrin köçürülməsinin qaydalarla tənzimləndiyini deyib.

 

Nazir bildirib ki, həmin qaydalara uyğun olaraq, yay ayları ərzində tələbələr müraciət edə bilərlər:

 

"Bununla bağlı hər hansı xüsusi güzəşt nəzərdə tutulmayıb. Ölkə daxilindən və xaricindən tələbələrin köçürülməsinə münasibətimiz budur ki, proses bu və ya digər bəhanə altında universitetlərə qəbulla nəticələnməsin. Çünki ali məktəbə tələbə qəbulunun ədalətli şəkildə aparılması önəmli şərtdir".

 

O, həmçinin əlavə edib ki, müvafiq qaydada ayrı-ayrı vaxtlarda məsələyə baxıla bilər:

 

"Hansısa şəkildə tələbə Ukraynada təhsil alıbsa, onların Azərbaycan universitetlərinə qeyri-şərtsiz qəbulu və köçürülməsi müzakirə mövzusu deyil. Lakin köçürülmə ilə bağlı qaydalar dəyişsə, bu, ayrı mövzudur. Hazırda ənənəvi qaydada həmin tələbələrin müraciət etmək hüququ var. Biz də meyar olaraq həmin şəxslərin DİM ballarına, hansı universitetlərdə oxuduqlarına, ora necə qəbul olduqlarına və təhsil aldıqları müddətdə nə əldə etdiklərinə baxacağıq. Hesab edirəm ki, ədalətlilik Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar əsasında qəbul və ya xarici ölkələrdə təhsil alarkən qəbul zamanı oradakı universitetlərin reytinq göstəricisi, tələbənin nailiyyətləri əsasında olmalıdır. Yəni, başqa meyarlar əsasında qəbulun ədalətli olduğunu hesab etmirəm. Misal olaraq, kimsə səhhəti ilə əlaqədar ali təhsil müəssisəsinə qəbul olmamalıdır. Çünki ali təhsilə qəbulun əsası hazırlığa söykənməlidir".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Dubayda qeyri-adi sərgi

Azərbaycanda yeni peyvənd VURULACAQ

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB