"Bağçalarla bağlı işlər ləng gedir"
"Təhsil Nazirliyi artıq aprel ayının 1-dən uşaq bağçalarının təchizatı və təminatı məsələləri ilə məşğul olmağa başlayıb".
Versus.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, uşaq bağçaları ilə bağlı proses daha çox diaqnostik mərhələdədir:
"İlkin məqsədimiz həmin bağçaların fəaliyyətinin öyrənilməsi, orada olan tədris və təhsil, o cümlədən uşaqların qidalanması ilə bağlı təchizat və təminat məsələləri ilə bağlı məlumatları toplamaqdır. Burada vahid məlumat bazası olmadığından işlər biraz ləng gedir. Təhsil Nazirliyinin nümayəndələri ölkədəki 1 600-dən artıq uşaq bağçasına baş çəkib. Bütün data məlumatlar bizdə var. Yenə də daha çox vaxta ehtiyacımız var".
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"