Ermənistanla yanaşı bu ölkələr də RAZILAŞIBLAR

09:51 14-04-2022 | icon 612 | Siyasət
Ermənistanla yanaşı bu ölkələr də RAZILAŞIBLAR

Dinarə Məmmədova: "Laçından yan keçən alternativ yolun böyük əhəmiyyəti var"

 

“2022-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev görülən işlərlə bağlı xalqımıza geniş məlumat verdi və post-pandemiya dövründə ötən illə müqayisədə xeyli irəliləyişin əldə olunduğunu qeyd etdi”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova deyib.

 

Dinarə xanım vurğulayıb ki, Prezident post-müharibə dövründə görülən və görüləcək işlərə diqqət yönəltdi. Əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və  infrastruktur layihələrinin hazırlanması idi:

 

"Buna da mərhələ-mərhələ nail oluruq. Yaxın aylarda Şuşa şəhərinə məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur. Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsiylə bağlı büdcədən 2 milyard, 200 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyev sözügedən çıxışısında həm də mövcud vəziyyəti dünyaya çatdırdı. Prezident dəfələrlə münaqişənin bitdiyini, "Dağlıq Qarabağ" və status haqqında fikirlərini net şəklində bildirmişdi".

 

D.Məmmədova qeyd edib ki, artıq Ermənistan rəhbərliyi ilə yanaşı bəzi ölkələr də bu fikirlərlə razılaşıblar:

 

"Avropa İttifaqının bu reallıqlarını qəbul etdiyini vurğulayan Prezident buna misal olaraq Brüsseldə qəbul edilən bəyanatda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsini və “Minsk Qrupunun” xatırlanmamasını göstərdi. Prezidentin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycanın sülh üçün təklif etdiyi 5 prinsipi qəbul edib”.

 

ALDP rəsmisi Prezidentin infrastruktur və yeni yollarla bağlı fikirlərini müsbət qiymətləndirdi:

 

“Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi bu ilə planlaşdırılır. Bu yolun böyük əhəmiyyəti var. Bu il istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yollar var. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək. Yolların bərpası və yeni yolların çekilməsi çox vacib məsələdir”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ