Nazirlikdən AÇIQLAMA
“Məktəblərdə tədris proqramı yüklü deyil”.
Versus.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.
Onun sözlərinə görə, bəzi müəllimlər var ki, onlar uşaqları akademik yükləməklə daha yaxşı öyrənəcəklərini zənn edirlər:
“Həmin müəllimlərlə iş aparılmalıdır. 45 dəqiqə elə zamandır ki, uşağın bu zamanda oynaya-oynaya öyrənməsi mümkündür. Uşaqların dərs yükünün optimallaşdırılması üçün müəllimlərlə işləməliyik”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"