Bağçalara qəbulun MİQ-ə aidiyyatı YOXDUR
"Məktəbəqədər təhsil müəssisələrinə bütün heyətin qəbulu onlayn qaydada aparılacaq".
Bu barədə Versus.az-a açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinə işə qəbulun tam qaydaları haqqında məlumat vermək hələlik tezdir:
"İstənilən halda bu prosesin MİQ imtahanlarına aidiyyatı yoxdur. Müəllimlərin məktəbəqədər təhsil müəssiələrinə MİQ imtahanları vasitəsilə qəbul ediləcəyi haqqında iddialar doğru deyil".
Qeyd edək ki, sosial şəbəkələrdə məktəbəqədər təhsil müəssisələrinə müəllimlərin MİQ imtahanları ilə qəbul ediləcəyi haqqında iddialar yayılıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"