"10 ilə diasporamız güclü təşkilata çeviriləcək"

17:05 20-04-2022 | icon 659 | Siyasət
"10 ilə diasporamız güclü təşkilata çeviriləcək"

Rauf Qurbanov: “Azərbaycan diasporası dünya siyasətinə təsir edə biləcək”

 

Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsi  çox təqdirəlayiq bir haldır. Bu bir daha dünya ictimaiyyətinə və Beynəlxalq aləmə Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu nümayiş etdirəcək.

 

Versus.az xəbər verir ki, bunu AKP sədri Rauf Qurbanov Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsinin əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.  

 

Onun sözlərinə görə, qurultayın keçirilməsi, qurultayda müzakirə olunan və qəbul edilən qərarlar xaricdə yaşayan həmyerlilərimizin birliyinin möhkəmlənməsinə, təşkilati işlərin nizama düşməsinə öz müsbət təsirini göstərəcək:

 

“Xaricdə yaşayan həmvətənlərimizlə mütəmadi və ardıcıl aparılan  işlər bir partiya sədri olaraq mənə deməyə əsas verir ki, yaxın 10 ildə Azərbaycan diasporası dünya siyasətinə təsir edə biləcək güclü bir təşkilata çeviriləcəkdir. Bu sahədə işin gücləndirilməsi üçün bizim hamımızın imkanlarında və Beynəlxalq aləmdə olan nüfüzumuzdan istifadə edilməlidir”.

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ