“Dövlət proqramı ilə xaricdə təhsil alanların 25 faizini İKT sahəsi təşkil edəcək”
“Azərbaycan məktəblərində rəqəmsal bacarıqlar layihəsi altı ildir ki, tətbiq edilir. Hər il məktəblərə 50 min kompütərlərin verilməsi ilə hər altı uşağa bir kompüter düşəcək”.
Versus.Az xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının yaradılması ilə bağlı təqdimatında Azərbaycan təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, bir neçə il əvvəl ciddi problem vətəndaşların internetə qoşulması və kompüter problemi idi:
“Son dövrlərdə aparılan işlər nəticəsində hər ikisi istiqamət üzrə ciddi işlərə nail olduq. Təhlükəsizlik və rəqəmsal sözləri get gedə bir yerdə işlənməyə başlayır. 20-30 il əvvəl vətəndaşların riyaziyyat bacarıqları, coğrafiya bilikləri bizi sevindirirdisə, son dönəmdə maliyya savadlılığı, rəqəmsal bacarıqları artıb”.
Nazir qeyd edib ki, Dövlət proqramı ilə xaricdə təhsil alanların 25 faizini İKT sahəsi təşkil edəcək.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"