Bu şagirdlər üçün yeni MƏKTƏB TİKİLƏCƏK
Təhsil Nazirliyi bir müddət əvvəl Cəlilabad rayon Musalı kənd orta məktəbinin müəlliminin evində bir qrup şagirdə dərs keçməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən bildirilib ki, 2022-ci ilin Azərbaycan Respublikasının Dövlət İnvestisiya Proqramında Cəlilabad rayon Musalı kənd tam orta məktəbin layihə-smeta sənədlərin hazırlanması nəzərdə tutulub.
Qeyd edək ki, hazırda məktəbin 5-11-ci sinif şagirdləri qonşu Zəhmətabad kənd orta məktəbində tədrisini davam etdirirlər. Məktəb binası 1969-cu ildə tikilib və bu vaxta qədər əsas təmir işləri aparılmayıb. /APA/
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"