Şagirdə qarşı hədə-qorxu?

15:59 27-04-2022 | icon 640 | Təhsil
Şagirdə qarşı hədə-qorxu?

Uşağı Xətai rayonu 27 saylı orta məktəbdə təhsil alan valideyn şikayətçidir. 

 

Versus.Az xəbər verir ki, bu barədə valideyn Oxu.Az-ın redaksiyasına müraciət ünvanlayıb. 

 

İddia edilib ki, təhsil müəssisəsinin “Coğrafiya” fənni üzrə müəllimi Kənan Həsənov həmin məktəbin 11 “c” sinif şagirdini səbəbsiz olaraq təhqir edib:

 

“Yaranan münaqişə əsnasında müəllim şagirdə hədə-qorxu gəlib. Baş vermiş hadisənin görüntüləri məktəbin təhlükəsizlik kameralarında var. Burada hətta müəllimin şagirdə əl qaldırdığı da müşahidə olunur”.

 

Qeyd edilib ki, Kənan Həsənov eləcə də məktəbin 8 “c” sinif şagirdlərinə qarşı xoşagəlməz ifadələr işlədir:

 

“İki il öncə şagird və valideynləri təhqir etdiyinə görə Kənan Həsənov 6 “e” sinfinin müvafiq olaraq sinif rəhbəri vəzifəsindən uzaqlaşdırılıb”.

 

Qeyd edilən məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. 

 

Qurumdan bildirilib ki, müvafiq araşdırma aparırlar:

 

“Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Təhsil müəssisələrinin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...