Məktəbli qızın intihar SƏBƏBİ
Mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atması ilə bağlı məsələ Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırılıb.
Bununla bağlı DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ilkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.
Eyni zamanda, hadisə zamanı X.Babayevanın üzərinə düşdüyü və xəsarətlər alaraq xəstəxanaya yerləşdirilən Zahid Niyazovun vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib ki, hazırda xəstənin vəziyyəti stabil olaraq qiymətləndirilir:
“Xəsarət alan Zahid Niyazov 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Lakin, ailəsinin iltizamnaməsi əsasında o, paytaxtdakı özəl xəstəxanalardan birinə köçürülüb”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atması ilə bağlı məsələ araşdırılıb.
Bildirilib ki, ilkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.
Qeyd edək ki, hadisə ötən gün paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb. 11-ci sinif şagirdi 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Bir gün öncə Xumarın doğum günü olub. Hadisə zamanı qız aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşüb. Nəticədə o, ağır xəsarətlər alıb. Bakı Şəhər Baş Prokurorluğunda faktla bağlı araşdırmalar başlayıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"