Gəncədə qonşular arasında kütləvi dava
Bir nəfər öldü, “VAZ 2107” sürücüsü saxlanıldı
Gəncədə qonşular arasında kütləvi dava bir nəfərin ölümünə səbəb olub.
Bu barədə APA məlumat yayıb.
Davaya müdaxilə etmək istəyən bir nəfər qonşuları ayırmaq istəyən Alim Məmmədovu və yol kənarında dayanmış 1957-ci il təvəllüdlü Səlminaz Bağırovanı avtomobillə vurub. Aldığı xəsarətlərdən xəstəxanaya aparılan 1952-ci il təvəllüdlü Alim Məmmədov dünyasını dəyişib.
“VAZ 2107” markalı avtomobilin sürücüsü 1995-ci təvəllüdlü Orxan Nağıyev saxlanılıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"