“Mançester Yunayted” Ronaldunun maaşını azaldır

12:54 29-08-2022 | icon 418 | İdman
“Mançester Yunayted” Ronaldunun maaşını azaldır

“Mançester Yunayted” hücumçusu Kriştianu Ronaldunun maaşını 25% azaldıb.

 

Bildirilir ki, klub 2022/23 mövsümündə Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün bu addımı atıb. Portuqaliyalının müqaviləsində müvafiq variant nəzərə alınıb.

 

Futbolçu isə “Mançester Yunayted”in bu qərarından son dərəcə narazı qalıb, çünki o, ötən mövsüm komandanın çıxışına ciddi töhfə verdiyini düşünür və 18 qol vurduğunu deyir.

 

Xatırladaq ki, bundan əvvəl Ronaldunun agenti Xorxe Mendeşin müştərisini “Napoli”yə transfer etməyə çalışdığı barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, bu müqavilənin bir hissəsi olaraq, nigeriyalı hücumçu Viktor Osimhen əks istiqamətdə hərəkət edə bilər. Lakin “Napoli”də açıq şəkildə bildirildi ki, Osimheni ingilis klubuna yalnız “qırmızı şeytanlar”ın 100 milyon avro ödəyəcəyi və Ronaldunu icarəyə verəcəyi təqdirdə buraxacaqlar. Eyni zamanda mankunianlılar 37 yaşlı portuqaliyalının maaşının böyük hissəsini ödəməlidirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ