Arvadını, nənəsini bıçaqladı, özünə isə...
Kürdəmirin Topalhəsənli kəndində kişi arvadını və onun nənəsini bıçaqladıqdan sonra özünə xəsarət yetirib.
Versus.Az xəbər verir ki, Lənkəran rayon sakini, Hikmət Fikrət oğlu Əhədov ailə münaqişəsi zəminində arvadı Nargilə Eldəniz qızı Əkbərovanı və onun nənəsi Kifayət Hüseyn qızı Məmmədovanı bıçaqlayıb.
Daha sonra H.Əhədov özünü bıçaqlayıb. Yaralıların hər üçü “təcili yardım” avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, cütlük 5 ay əvvəl ailə qurub.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ
Mavi Zonaya yalnız UNFCCC tərəfindən...