Metroda YENİLİK

12:49 13-09-2022 | icon 576 | İqtisadiyyat
Metroda YENİLİK

Tezliklə Bakı metrosuna yeni qatarlar gətiriləcək

 

“Bakı Metropoliteni” QSC-nin mütəxəssislərindən ibarət nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvaya səfər edib.

 

Versus.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.

 

Onun sözlərinə görə, səfərin məqsədi metronun qonşu ölkənin “Metrovaqonmaş” şirkətinə sifariş etdiyi və hazırda istehsal olunan 4 qatara (20 vaqona) baxış keçirilməsidir.

 

“Tezliklə həmin qatarlar Bakıya gətiriləcək”, - o qeyd deyib.

 

Qurumun Depolar üzrə iş Departamentinin rəisi Faiq Əhmədov isə bildirib ki, bu ay və gələn ay Bakıya ümumi olaraq cəmi 20 vaqon gətiriləcək.

 

“Yeni vaqonlar daha geniş, işıqlı və hermetikdir. Qatarlar Bakıya gətirildikdən sonra sınaqdan keçiriləcək və istismara veriləcək”, - o qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ