Bəstəkar Elza İbrahimovanın 80 illik yubileyi münasibətilə yeni poçt markası tədavülə buraxılıb

13:47 18-01-2019 | icon 510 | Mədəniyyət
Bəstəkar Elza İbrahimovanın 80 illik yubileyi münasibətilə yeni poçt markası tədavülə buraxılıb

 

Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Elza İbrahimovanın 80 illik yubileyi münasibətilə yeni poçt markası tədavülə buraxılıb.

Versus.Az-ın "Azərpoçt" MMC-yə istinadən verdiyi məlumata görə, poçt markası “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb. Markanın ölçüləri 29.8x40.6 mm, marka vərəqinin ölçüsü 186.4x202.8 mm-dir. Ümumi tiraj 500 016 ədəddir. Həmçinin 200 ədəd birinci gün zərfləri satışa çıxarılıb.

 

Markaları “Azərpoçt” MMC-nin poçt şöbə və filiallarından, eləcə də “Şəbəkə” xidmət mərkəzlərindən əldə etmək mümkündür.

Qeyd edək ki, E.İbrahimova Azərbaycanın görkəmli xanım bəstəkarı, Azərbaycan Respublikasının və Dağıstanın xalq artisti olub. Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən" əsəri bütün dünyada məhşurdur. E.İbrahimova tanınmış Azərbaycan şairlərinin yüzlərlə şeirinə və rus dillində onlarla poetik nümunəyə musiqi yazıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ