Smartfonun kilidi üçün barmaq izlərinin TƏHLÜKƏLƏRİ

07:15 22-09-2022 | icon 427 | Maraqlı
Smartfonun kilidi üçün barmaq izlərinin TƏHLÜKƏLƏRİ

Smartfonun kilidini açmaq üçün barmaq izindən istifadə təhlükəlidir.

 

Bu barədə Rusiyanın “Group-IB” rəqəmsal kriminalistika ekspertizasının mütəxəssisi İqor Mixaylov bildirib.

 

Onun sözlərinə görə, məsələn, şüşə fincandan barmaq izini kopyalamaq və polimer əsasında üzünü çıxarmaq olar.

 

Ekspert həmçinin bildirib ki, “yad” barmaq izlərindən istifadə etməklə digər insanların qadcetlərinin kilidinin açılması halları (xüsusən də köhnə barmaq izi sensoru olan smartfonlarda) nadir hal deyil.

 

 

“Hazırda sensorlar daha etibarlıdır, bununla belə təcrübə göstərir ki, bəzi smartfon istehsalçıları cihazların ümumi təhlükəsizliyini artırmaq üçün onlardan istifadədən imtina edirlər”, - deyə kriminalist izah edib.

 

Ekspertin fikrincə, smartfonun kilidi üçün ən təhlükəsiz yol mürəkkəb parollardan istifadədir. Bu səbəbdən o, smartfonun qorunmasını artırmaq üçün barmaq izi və ya üz tanıma əvəzinə pin kodla girişi məsləhət görür.

 

 

“Bu kod başqa heç bir proqramda, internet resursda istifadə olunmamalı və mümkün qədər çox simvoldan ibarət olmalıdır”, - deyə İ.Mixaylov sözlərini yekunlaşdırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ