ALDP-dən anım BƏYANATI

08:03 23-09-2022 | icon 356 | Siyasət
ALDP-dən anım BƏYANATI

"Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik"

 

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) 27 sentyabr Anım günü ilə bağlı bəyanat qəbul edib.

 
 
Versus.Az xəbər verir ki, Bəyanatda deyilir:

 

"Azərbaycanın torpaqlarından erməni silahlı birləşmələrinin çıxarılması ilə bağlı BMT-nin  4 qətnamə qəbul etməsinə baxmayaraq işğalçı Ermənistan Respublikası 30 ilə yaxın Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayaraq, tarixi abidələri, məscidləri, qəbirsanlıqları darmadağın edib, bir milyona yaxın azərbaycanlıları didərgin etdilər. Azərbaycan xalqı bu illər ərzində minlərlə şəhid verdi. Ermənistan Respublikası təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla bəşəri cinayətlər törədiblər.

 

Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.

 

İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub.

 

ALDP olaraq Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıranların qarşısında, eyni zamanda ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik".

 

Qəbul olunan Bayanat inglis dilinə tərcümə olaraq ALDP-nin əməkdaşlıq etdiyi partiyalara və beynəlxalq təşkilatlara göndərilib.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ