“Hər təxribatdan sonra yeni mövqelər itirirlər”

13:03 26-09-2022 | icon 363 | Siyasət
“Hər təxribatdan sonra yeni mövqelər itirirlər”

Aydın Quliyev: "İki əsas maneə var - sülh sazişinin bu günə qədər imzalanmaması və sərhədlərin delimitasiyası”

 

Prezidentin Laçında açılış zamanı etdiyi çıxış ermənilərin 12-14 sentyabrda törətdiyi təxribatla əlaqədar yaranmış şəraitin izah olunması və Ermənistan da daxil olmaqla, müxtəlif beynəlxalq qüvvələrə aydın mesajlar verilməsi nöqteyi nəzərindən maraqlıdır. 

 

Versus.az xəbər verir ki, bunu siyasi şərhçi Aydın Quliyev Laçından dünyaya, xüsusilə də təxribatçı Ermənistana verilən mesajların əhəmiyyətini təhlil edərkən bildirib.

 

A.Quliyev hesab edir ki, Prezidentin Laçında etdiyi çıxışı xüsusilə Azərbaycan ictimaiyyətinin təxribatların kökü ilə bağlı məlumatlarını daha da dəqiqləşdi, cəmiyyət bir daha şahidi oldu ki, biz erməni təxribatlarna sadəcə cavab vermişik, Azərbaycan ordusu Ermənistanın ərazilərinə daxil olmayıb, sadəcə olaraq Ermənistanın danışıqlarda vaxt udmaq və bu vəziyyətdən istifadə edərək Azərbaycan sərhədlərinə yaxın yerlərdə gələcək hücum üçün əlverişli mövqelər və postlar qurmaq planları alt-üst edib:

 

“Diqqət etsək, ta Murovdan Arazadək Azərbaycan sərhədləri boyunca  Ermənistanın Azərbaycana hücum və təcavüz üçün saxladıqları əlverişli mövqelərə nəzarəti əlindən çıxdı.  Doğruda da əhəmiyyətli mövqelərin Azərbaycan tərəfindən nəzarətə götürülməsi Ermənistanın gələcək təcavüzkar planlarını xeyli dərəcədə cilovlamağa imkan verir. Azərbaycan Prezidenti bir daha Ermənistana, onun müttəfiqlərinə də aydın fikirlərlə mesaj ötürdü ki, danışıqlar prosesini uzatması onun təcavüz planının uğur qazanacağına heç bir halda əsas yarada bilməz. Ona görə ki, Azərbaycan da yerində dayanmır və Ermənistanın hər bir hərəkətinin qarşısını almaq üçün lazım olan bütün hazırlıq işlərini həyata keçirdir”.

 

A.Quliyev hesab edir ki, ölkəmizin bu günlərdə erməni təxribatına cavabı maraqlı bir neçə nüansı ortaya qoydu. Onun fikrincə, bu, ardı kəsliməyən erməni təxribatlarına Azərbaycan tərəfinin strateji yanaşmasıdır:

 

“Bu strategiya ondan ibarətdir: Ermənistan təxribatlarına davam edəcəksə, hər təxribatı uğurlu əks-hücum əməliyyatlarına çevirməklə ermənilərə ağır zərbə vurmaq lazımdır. Doğrudan da indi ermənilər oturub düşünəcəklər ki, hər təxribatdan sonra onlar yeni mövqelər itirir, üstünlüklərini əldən verirlər. 2020-ci ildə Tovuzda ermənilərin törətdiyi təxribat Vətən Müharibəsi və Ermənistanın 30 il işğalda saxladığı ərazilərin azad edilməsi ilə nəticələndisə Ermənistan ondan sonrakı təxribatlardan da lazımi nəticə çıxartmadı. Əgər nəticə çıxartsaydı 2021-ci ilin mayında Qaragöl ətrafında, bu ilin avqust, sentyabr aylarında da Kəlbəcər, Laçın istiqamətlərində də təxribatlar törətməzdilər. Görünən odur ki, ermənilər bu təxribatarın onlara baha başa gəldiyindən lazımi nəticə çıxara bilmirlər”.

 

A.Quliyev bəyan elədi ki, Azərbaycan öz qüvvələrini möhkəmləndirir və Prezidentin dünyaya verdiyi mesajlar yaranmış vəziyyətin delimitasiya və sülh sazişi məsələsinin Ermənistanın təsiri üzündən gecikməsi ilə bağlıdır:

 

“Dünya bir daha gördü ki, Ermənistan sərhədlərin delimitasiyasına ona görə ardıcıl qoşulmur ki, tez-tez belə təxribatlar törətsin. Çünki sərhədlər dəqiqləşsə Ermənistanın bu təxribatlar üçün heç bir əsas və imkanı qalmayacaq. Ona görə də haqlı şəkildə bəyan edir ki, müharibdən sonra olan-qalan problemlərin həlli və bölgədə sülhün möhkəmləndirməyin yolunda iki əsas maniə var: birinci sülh sazişinin bu günə qədər imzalanmaması, ikinci sərhədlərin delimitasiyası...”

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ