Yerdən göndərilən kamikadze zondun asteroidə çırpılma anı

08:49 28-09-2022 | icon 414 | Maraqlı
Yerdən göndərilən kamikadze zondun asteroidə çırpılma anı

ABŞ-ın DART kamikadze zondu Dimorf (Dimorphos) asteroidi ilə toqquşub. Bu barədə NASA məlumat yayıb.

 

Toqquşma planlı həyata keçib və Yer kürəsinin potensial təhlükəli kosmik obyektlərdən müdafiəsini sınaqdan keçirmək üçün nəzərdə tutulub.

 

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) saytı hadisənin görüntülərini canlı paylaşıb.

 

 

Toqquşma sentyabrın 26-da ABŞ-ın şərq sahili vaxtı ilə saat 19:15-də (Bakı vaxtı ilə 27 sentyabr 03:15-də) baş verib. Zondun sürəti saatda 24 min km-ə çatıb.

 

DART özü 2021-ci ilin noyabrında ABŞ Kosmik Qüvvələrinin Kaliforniyadakı Vandenberq bazasından “SpaceX”in “Falcon 9” daşıyıcı raketi ilə çıxarılıb. Missiya toqquşmadan istifadə edərək planeti asteroiddən xilas etmək imkanlarını qiymətləndirmək üçün nəzərdə tutulub. Elm adamları zərbənin asteroidin orbitini və uçuş yolunu dəyişib-dəyişdirməyəcəyi barədə dəqiq fikir əldə etməyə ümid edirlər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

"Almaniyaya səfər məhsuldar keçdi"

Rektor yubiley medalı ilə təltif edildi