"Dövlətimiz naminə çəkici bir yerə vurmalıyıq"-açıqlama

09:26 28-09-2022 | icon 367 | Siyasət
"Dövlətimiz naminə çəkici bir yerə vurmalıyıq"-açıqlama

 

 

 2020-ci ilin 27 sentyabrı müstəqil Azərbaycanın ən yeni tarixinə şanlı səhifələrindən biri kimi düşdü. Azərbaycan dövləti, xalqı bu anım günündə Şəhidlərini qürurla yada saldı.

 

Bu prosesdə siyasi partiyaların rolu nə oldu və anım gününü necə dəyərləndirirlər?

 

 

Bu istiqamətdə Versus.az-a açıqlama verən AMİP sədri Arzuxan Əlizadə Azərbaycanın Vətən uğrunda savaşında siyasi partiyaların kənarda qalmadığını deyib. 

 

“Bütün Azərbaycan həmin gün torpaqlarımızın işğaldan azad olunması uğrunda mücadiləyə qalxdı. Uşaq, böyük -ən yaşlı Azərbaycan vətəndaşına qədər cəbhəyə, əsgərə əlindən gələn dəstəyi vermək üçün səfərbər oldu. Hamı silaha sarılmağa hazır idi. Bir daha sübut olundu ki, Azərbaycan xalqı işğalla barışmayıb, torpaqlarımızın azad olunması üçün dövlətinin yanında olub ona hər cür dəstək verməyə hazırdır”.

 

Partiya sədri 2020-ci ilin 27 sentyabrında vətən naminə başlanan ümumxalq həmrəyliyində siyasi partiyaların rolunu qeyd edərkən, 50 -dən çox partiyanın bütün strukturlarında fövqaladə vəziyyət elan edərək dövlətə, orduya, əsgərə istənilən dəstəyi verməyə hazır olduqlarını, müharibə bitənə qədər siyasi fəaliyyətin dondurulması ilə bağlı mövqe sərgilədiklərini qeyd etdi.

 

“Bizim Ordu 30 ilə yaxın müddət ərzində işğalda qalan torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad elədi. Şuşanı -Qarabağı, ətraf 7 rayonu geri qaytardıq. Eləcə də 10 noyabr bəyannaməsi ilə Laçın, Kəlbəcər, Ağdam rayonları bir güllə atılmadan Azərbaycanın nəzarətinə keçdi”.

 

 

Müharibənin qan-qadasız olmadığını deyən partiya sədri, 44 gün ərzində torpaq uğrunda canını fəda edən 3 min Şəhidimizi ehtiramla qeyd etdi.

 

“10 mindən artıq əsgərimiz yaralandı. Müharibə bitdikdən sonra 27 sentyabr tarixi -Azərbaycan Ordusunun əks-hücuma başladığı gün Anım Günü kimi qeyd olundu. Şəhidlərimiz, Qazilərimiz işğal altında olan torpaqları geri qaytarmaqla yanaşı, Azərbaycan insanının qürurunu özünə qaytardı.  Biz bu gün igid oğulların sayəsində başımızı dik tuturuq. Bu gün Azərbaycan siyasi -hərbi baxımdan regionun əsas gücünə çevrilib. Qələbənin əldə olunmasında qardaş Türkiyənin, qardaş Pakistanın, İsrailin, eləcə də digər dövlətlərin siyasi, mənəvi dəstəyi də yaddan çıxarılmamalıdır.

Lakin Müharibənin əsas hərəkətverici qüvvəsi Azərbaycan əsgəridir, Azərbaycan ordusudur. Ordumuzu hər zaman qürurla, minnətdarlıqla xatırlamalı və qeyd etməliyik”.

 

A.Əlizadə 44 günlük müharibədən sonra siyasi partiyaların beynəlxalq təşkilatlara ünvanladığı birgə bəyanatların partiyaların birgə əməkdaşlığının nəticəsi kimi qeyd edərək, vətənpərvərlik hissləri ilə yanaşı,  Prezident Admnistrasiyasının Siyasi Partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılıq fəaliyyətini də qeyd edib. O, sonrakı dövrlərdə bu əməkdaşlığın pozitiv tonda inkişafını önə çəkib.

 

“Siyasi təşkilatlarla, vətəndaş cəmiyyətləri və bütövlükdə Azərbaycan ictimaiyyətinin bundan sonra da çəkici bir zindana vurmasına şahidlik etmək istəyərik. Ümid edirəm ki, belə olacaq. Çünki dövlət, ərazi bütövlüyü məsələsi olan yerdə hamı bu mövqedən çıxış etməyə borcludur”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ