Səhhət və mənşədən xəbər verəcək GENETİK PASPORT

14:20 26-10-2022 | icon 594 | Maraqlı
Səhhət və mənşədən xəbər verəcək GENETİK PASPORT

“Bir il əvvəl mən “Genotek”də test verdim. Nəticələrə əsasən yaxın qohumum, yəni əmimin nəticəsi tapıldı… Bu gün qan qohumlarımla görüş və tanışlıq oldu. İnsanı dəyişən sadə bir təsadüf. Beləliklə, iki əmi və müsbət emosiyalar yükü aldım”.

 

Bu heyrətamiz hekayəni DNT testi sayəsində qohumlarını tapan Darya Tarmayeva özünün sosial şəbəkə hesabından paylaşıb.

 

Qeyd edək ki, DNT testi nəinki insanın özünü və keçmişini daha yaxşı tanımağa, həmçinin gecikmiş diaqnozu insanın həyatı bahasına başa gələ biləcək xəstəliklərdən yayınmağa imkan verir.

 

Məsələn, tədqiqatın nəticələri Anna Nikolayevanın döş xərçənginə tutulma şansının 90% olduğunu göstərdi. Anası yumurtalıq xərçəngindən dünyasını dəyişdiyi üçün o, bu məsələyə ciddi yanaşdı və cəsarətli addım ataraq mastektomiya etdirdi.

 

Hər iki qadının genetik pasportu Rusiyanın “Genotek” şirkətində hazırlanıb. Bura həm özəl müştərilərlə, həm də peşəkar tibbi və elmi müəssisələrlə işləyir.

 

 

Cəmi bir neçə ay əvvəl isə Tibbi Genetika Mərkəzinin Azərbaycanda eksklüziv distribütoru - Genetik.az yarandı.

 

“Biz Azərbaycan vətəndaşları tərəfindən xidmətlərimizə bu qədər yüksək tələbat olacağını gözləmirdik. Yerli əhalini əsasən mənşəyi, xəstəliklərə meyillikləri və müxtəlif dərman preparatlarına dözümlülükləri maraqlandırır”, - deyə Genetik.az-ın təsisçisi Elşad Əliyev bildirib.

 

DNT tədqiqatı aşağıdakı sahələri əhatə edir:

- nadir irsi xəstəliklərin tibbi diaqnostikası;

- sağlam hamiləliyin planlaşdırılması üçün genetik tədqiqatlar;

- multifaktorial xəstəliklərə meyilliliyin müəyyən edilməsi;

- qohumları tapmaq, insanın mənşəyini və milli tərkibini müəyyən etmək üçün DNT analizləri;

- idman, qidalanma, maddələr mübadiləsi və digər insan xüsusiyyətləri ilə bağlı meyillərin müəyyən edilməsi;

- Şəxs üçün effektiv olmayan və ya ciddi yan təsirlərə səbəb ola biləcək dərmanların müəyyən edilməsi.

 

Bu xidmətlərdən kimlər istifadə etməlidir?

 

“18 yaşından yuxarı hər kəs testdən keçə bilər. Gənclər, bir qayda olaraq, müəyyən bir idman növünə meyilli olmaları ilə maraqlıdırlar. Test insanın fiziki xüsusiyyətlərini, bədənin müəyyən hissələrində əzələ liflərinin sayını və hansı idmançıların oxşar DNT profilinə malik olduğunu göstərir”, - deyə E.Əliyev bildirib.

 

Tibbi Genetika Mərkəzinin xidmətləri nadir irsi patologiyası olan insanlara (ən çox uşaqlara) və hamiləliyi planlaşdırmaq istəyənlərə uşağının gələcəkdə hansı irsi xəstəliklə üzləşə biləcəyi məlumatını almaqda faydalı olar.

 

Genetik.az-a necə müraciət etmək olar və DNT testinin qiyməti nə qədərdir?

 

DNT testindən keçmək istəyənlər Genetik.az saytında “test sifariş et” bölməsinə daxil olaraq sorğu verməli və ya +994 55 2040550 telefon nömrəsi, yaxud da [email protected] elektron poçt ünvanı ilə mərkəzlə əlaqə saxlamalıdırlar.

 

Bir testin qiyməti 1000 manatdır, amma hazırda endirim var: qiyməti 555 manata endirilib.

 

Distribütorun təsisçisinin sözlərinə görə, müştərinin ünvanına test borusu olan qutu (ağız suyu üçün), həmçinin şifrələnmiş login və parol (saytda şəxsi profilə daxil olmaq üçün) göndərilir.

 

“Şəxs ağız suyu verməzdən əvvəl yarım saat ərzində yemək yeməməli, içməməli və siqaret çəkməməlidir. Kuryer sınaq borusunu götürür və biz Rusiyaya göndəririk. DNT testinin nəticələrinin alınması prosesi təxminən bir-iki ay çəkir, ona laboratoriya mütəxəssisləri, bioinformatikaçılar və proqramçılar, geneoloqlar, genetik alimlər və həkimlər cəlb olunurlar”.

 

Nəticələr müştərinin şəxsi profilində dərc olunur. “Genotek” müştəri məlumat bazası təhlükəsiz serverlərdə şifrələnmiş vəziyyətdə olur. Qeyd edək ki, şirkət məlumatları üçüncü şəxslərə, o cümlədən dövlət nümayəndələrinə ötürmür.

 

DNT dəyişmədiyi üçün bir dəfə genetik pasport hazırlamaq kifayətdir, onun məlumatlarından ömür boyu istifadə etmək mümkündür.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...