"Ərdoğanı dəstəkləyin"

13:31 28-10-2022 | icon 348 | Siyasət
"Ərdoğanı dəstəkləyin"

Azərbaycandan Türkiyə müxalifətinə çağırış

 

Türkiyədə gələn ilin yayında keçiriləcək prezident seçkilərinə hazırlıq gedir. Seçki prosesi təkcə qardaş ölkədə deyil, həm də regionda və dünyada diqqətlə izlənilir. Türkiyənin yeni liderinin kim olacağı maraq doğurur. İqtidar komandası aylar öncə hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın namizədliyini elan etsə də, müxalifət düşərgəsi hələ gözləmə mövqeyindədir.

 

Vətəndaşlar arasında keçirilən rəy sorğuları da göstərir ki, seçkilərin favoriti Ərdoğandır. Bəzi siyasi şərhçilərin fikrincə, müxalifət seçkiyə vahid namizədlə qoşulsa belə, Ərdoğanın qalib gəlmək şansı daha yüksəkdir. 

 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Türkiyədə keçiriləcək seçkilər təkcə region ölkələri üçün deyil, bütövlükdə dünya üçün önəmlidir:

 

“Sözsüz ki, seçki İslam aləmi, Türk dünyası üçün çox önəmlidir. 2023-cü ildə Türkiyədə keçiriləcək seçki həm də əsrlər boyu əzilmiş, təbii resursları istismar olunmuş Afrika və Asiya xalqları üçün böyük əhəmiyyətə malikdir. Çünki “Ərdoğan Türkiyəsi” adını çəkdiyimiz ərazilərin ümididir. Rəcəb Tayyib Ərdoğan 2002-ci ildən bu yana iqtidardadır və mübaliğə etmədən deyə bilərik ki, bu səbəbdən Türkiyə bu gün dünya çapında nüfuza və gücə malikdir. Ərdoğan dünya səviyyəli nadir liderlərdəndir”.

 

 

Deputatın sözlərinə görə, Türkiyənin müxalifət partiyaları da ölkənin gələcəyi naminə Ərdoğanı dəstəkləməlidir:

 

“Məlumdur ki, Türkyə mətbuatında adı hallanan əsas siyasi partiyalar indiyədək nə ayrılıqda, nə də vahid namizəd irəli sürə biliblər. Çünki Ərdoğan kimi liderlə yarışa biləcək namizəd tapmaq çətindir. Odur ki, hələ də kimisə namizəd irəli sürməyiblər. Əslində Türkiyənin, türk dünyasının gələcəyi naminə, milli maraqlar naminə müxalif siyasi partiyalar da Milli Hərəkat Partiyası kimi Ərdoğanın namizədliyini dəstəkləməlidir. Bu gün dünya ağır böhran içindədir. Türkiyə və türk dünyası üçün çox ciddi təhdidlər mövcuddur”.

 

Parlamentarinin fikrincə, Azərbaycan xalqı Rəcəb Təyyib Ərdoğanın növbəti dəfə prizident seçilməsini arzulayır. Amma seçki hər dövlətin öz daxili işidir. Beləliklə, kimin seçilib, seçilməyəcəyi Türkiyə vətəndaşlarının qərarına bağlıdır.

 

 

Məlahət İbrahimqızı onu da vurğulayıb ki, Türkiyədə 2023-cü il prezident seçkisi asan olmayacaq:

 

"Türkiyənin seçkilərinə xarici qüvvələr müdaxilə edirlər. FETÖ-nün 2016-cı il 15 iyulda çevrilişə cəhdi də buna misaldır. Hazırkı vəziyyətdə biz ancaq qardaş Türkiyəyə uğurlu və xeyirli seçki arzulaya, dua edə bilərik".

 

Qeyd edək ki, bu yaxınlarda Türkiyədə prezident seçkiləri ilə bağlı sorğu keçirilib. Qardaş ölkənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sorğuda birinci olub. "MetroPoll”un təşkil etdiyi seçki sorğusunda 42,1 faiz səs toplayan Ərdoğan bütün rəqiblərini geridə qoyub.

 

O, ən yaxın rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu 19,6 faiz üstələyib. Bundan əlavə, Mənsur Yavaş 16,9 faiz səs toplayıb, Əkrəm İmamoğlu isə siyahıda yer almayıb.

 

Rəyi soruşulan respondentlərin 42 faizi prezident seçkilərində Ərdoğana səs verəcəklərini bildirib. 23 faiz respondent Kılıçdaroğlunu, 17 faiz Yavaşı, 12 faiz isə HDP-nin namizədini dəstəkləyəcəyini açıqlayıb.

 

Siyasi analitiklər də Ərdoğanın yenidən prezident seçilmək şansının digərlərinə nisbətdə yüksək olduğunu düşünür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ