"Sülh sazişinin imzalanması Rusiyanın maraqlarına cavab vermir"-açıqlama

10:27 29-10-2022 | icon 411 | Siyasət
"Sülh sazişinin imzalanması Rusiyanın maraqlarına cavab vermir"-açıqlama

 

 

 

 

Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə bu ayın axırında Soçidə Azərbaycan və Ermənistan rəsmilərinin növbəti görüşü gözlənilir. ATƏT, Avropa Birliyinin Ermənistana Azərbaycan sərhəddinə öz missiyasını göndərməsindən və bununla da regionda vəziyyətin gərginləşdiyini bəyan edən Rusiya Qarabağla bağlı bəyanatların yerinə yetirilməsində hansı mövqe sərgiləyir. Putin ayın sonunda nəzərdə tutulan Soçi görüşündə üçtərəfli sazişin bəndərində nəzərdə tutulan müddüəların yerinə yetirilməsi, Ermənistanın sülh müqaviləsinin bağlanmasına cəlb edilməsi, öhtəlikləri yerinə yetirməsi istiqamətində hansı addımları ata bilər? Putin son bəyanatlarında Qarabağla bağlı hansı mesajları verməkdədir?

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Rəşad Bayramov  bildirib ki, Rusiyanın Ermənistanı öz öhtəliklərini icra etməsi üçün təzyiq göstərəcəyinə inanmır.  Onun sözlərinə görə, bu gün Rusiya üçün Azərbaycanla Ermənistan arasında münasibətlrin normallaşması və sülh sazişinin imzalanması, faktiki olaraq Cənubi Qafqaz regionuna nəzarəti itirmək kimi bir şeydir. 

 

“Rusiya Azərbaycanla Ermənistan arasnda imzalana biləcək sülhə, Cənubi Qafqaza nəzarətini itirmək kimi yanaşır.  Ona görə də bütün mümkün vasitələrdən istifadə edərək prosesin uzadılmasına çalışır. İndiki mərhələdə prosesə birbaşa müdaxilə etməyin məhdud olduğu bir vaxtda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması heç bir halda Rusiyanın maraqlarına cavab vermir. İkinci bir halda Rusiya digər vasitəçilərin Brüssel formatında olan danışıqları, eləcə də ABŞ-ın vasitəçiliyi ilə həyata keçirilən danışıqlarda əldə edilmiş razılaşmaları yerinə yetirilməsində də maraqlı deyil”.

 

Politoloq “Valday” Disskusiya Klubunda Putinin verdiyi bəyanatlara diqqət çəkib. Putin Valdayda belə bir ifadə işlətdi ki, Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsini dəstəkləyir və əgər Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini ifadə edən “Amerika variantını” dəstəkləyirsə buyursun.  R.Bayramov hesab edir ki, bu ironiya ilə deyilmiş fikir idi.

 

“Başqa sözlə, o ifadəni o cür də ifadə etmək olar ki, biz Azərbaycanın Qarabağ üzərində suverenliyini faktiki olaraq dəstəkləmirik.  Eyni zamanda bildirib ki, əgər ABŞ-ın təkidi ilə Ermənistanın indiki rəhbərliyi buna gedəcəksə, buyursunlar getsinlər, saziş imzalasınlar.  Putin bununla da həm Ermənistan əhalisinə Qarabağı satdığı ilə bağlı mesaj verir, ermənilərin ayaqlanmasını, ayağa qalxmasını istəyir. Digər tərəfdən,  həm də açıq şəkildə mesaj verir ki,  Rusiya variantında Qarabağın hər hansı status olmadan Azərbaycanın tərkibində qalması kimi bir fikir yoxdur.  Baxmayaraq ki, 44 günlük müharibə dövründə Putin dəfələrlə Azərbaycanın tərkib hissəsində olması ilə bağlı bəyanatlarla çıxış etmişdi.  Amma bu gün bu şəkildə sülh sazişinin imzalanmasına özü üçün təhlükə kimi baxır.  Hesab edir ki, sülh olacaqsa artıq regionda sülhməramlıların da olmasına ehtiyac qalmayacaq. İkinci bir tərəfdən sülh sazişi növbədi mərhələdə hətta Ermənistandakı Rusiya hərbi bazasının tədricən ordan çıxarılmasına şərait yarada bilər. Bu baxımdan da mən ayın sonunda liderlərin görüşündə hər hansı bir konkret irəliləyişə nail olacağını düşünmürəm”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...