"Siyasi partiyalar üçün münbit şərait yaranıb”

10:59 29-10-2022 | icon 511 | Siyasət
"Siyasi partiyalar üçün münbit şərait yaranıb”

Razi Nurullayev: “Milli Məclisdə bütün cəmiyyəti razı salacaq qanun layihəsini qəbul edə biləcəyik”

 

Oktyabrın 24-də Milli Məclisdə baş tutan “siyasi Partiyalar haqqında” qanun layihsəinin ictimai dinləmələri hələ iki mərhədə də müzakirə olunacaq. Bəllidir ki, bir neçə partiya dinləmələrə qoşulmaqdan imtina edib və belə müzakirəyə qatılmaqla bütün partiyaları da o cür “mürtəce” qanuna “səs verən” iqtidarın əlaltıları kimi qələmə veriblər. Ümumilikdə isə ictimai müzakirələrin əhəmiyyəti müsbət dəyərləndirilir. Çünki bu bir müzakirədir.

 

MCP sədri, Milli Məclisin deputatı Razi Nurullayev Versus.az-a açıqlamasında bildirib ki, parlamentdə keçirilən ictimai müzakirə son 10 illiklərin ən dinamik, canlı ictimai debatı oldu.

 

Onun sözlərinə görə, “Siyasi partiyalar haqqında” yeni qanuna həsr olunmuş bu tədbirdə 50-yə yaxın siyasi partiya rəhbəri, 20-yə yaxın Milli Məclisin deputatı və parlamentin iki vitsespikeri iştirak edib və bu özü -özlüyündə çox vacib bir məsələdir:

 

“Orada iştirak edən partiyaların çoxu heç Milli Məclisin binasında olmamışdı. Müsbət haldır ki, o partiyalar da parlementi içdən gördülər, deputatların iş mexanizmini gördülər. O cümlədən, parlamentin düz ortasında çox ciddi, dinamik müzakirə getdi. Sərt tənqidlər səsləndirildi, çox xoş sözlər deyildi, təkliflər verildi. Bu müzakirə, həm də Azərbaycanda siyasi plüralizmin inkişafına dəstək vermiş oldu  və siyasi partiyaların öz arasında fikir formalaşdırdı ki, doğrudan da Azərbaycanda müsbətə gedən siyasi proseslər var. Bu qanun layihəsi siyasi proseslərin daha da dərinləşməsinə vətandaşların siyasi proseslərə qoşulması üçün şərait yaradır”.

 

R.Nurullayev qeyd edib ki, qanun layihəsində heç şübəsiz ki, irad doğuran və partiyaların razılaşmadıqları məqamlar da var. Onun fikrincə, bu məqamlar da oktyabrın 24-də baş tutan birinci ictimai müzakirədə müzakirəyə çıxarıldı, təkliflər səsləndirildi:

 

“Bundan sonra da 2 ictimai müzakirə keçiriləcək. Ondan sonra məsələ parlamentdə müzakirə olunacaq. Gözləntim budur ki, “Siyasi partiyalar haqqında” qanun cəmiyyətə yeni siyasi ab-hava, canlanma gətirəcək”.

 

Deputat qanun layihəsində 10 min üzvlə bağlı narazılıq doğuran məsələyə, onun yarada biləcəyi imkanlar kontekstindən yanaşdı. O, hesab edir ki, partiyalar buna “mən 10 min imzanı haradan yığacam qorxusu kimi yox, mən 10 min insanı fəallaşdıracam” imkanı kimi yanaşmalıdır:

 

“60 partiya hər biri 10 min adamla işləsə bu özü- özlüyündə 1 milyona yaxın insan edir və bu da Azərbaycanda mövcud ailələrin siyasi proseslərə cəlb olması anlamına gəlir. Məsələyə bu aspektdən baxanda görürük ki, siyasi partiyalar üçün münbit şərait yaranıb”.

 

Qanun layihəsinin müzakirəsində iştirak edən 47 partiyanın Parlamentə təkliflər göndərdiyini müsbət hal kimi önə çəkən R.Nurullayev Müsavat, AXCP-nin bu prosesdə iştirak etməməyinə təəssüflə yanaşıb. Bildirib ki, əgər onlar da bu müzakirələrdə iştirak etsəydi, bəlkə də bir çox təkifləri nəzərə alınacaqdı:

 

“Siyasi partiyalar üçün imkan yaranıb ki, qərar verənlərin, medianın iştirakı ilə fikirlərini tribunadan səsləndirməklə prosesə daha yaxşı töhfə versinlər. Amma kənarda qalmaqla faydalı görünmürlər. Onlar üçün bu qanun partiyaların bağlanması anlamına gəlir. Necə olur ki, müzakirəyə qatılan partiyalar üçün bu bağlanma anlamına gəlmir, amma bir neçə partiya üçün bağlanma anlamına gəlir. Bu düzgün yanaşma deyil. Özünü bu cür fərqləndirməyi də doğru hesab etmirəm. Hesab edirəm ki, bütün proseslərdə iştirakçı olmaq daha sərfəli, daha faydalıdır, kənarda dayanıb sosial şəbəkədən, öz profilindən ayrıca danışmaq heç də hər bir kəsə mesajı çatdırmaq anlamına gəlmir. Amma parlamentdə bunu qərar verənlərin, partiyaların qarşısında demək dəyişikliklərə nail olmaq üçün daha münasib olur, daha həqiqətə uyğundur”.

 

Deputat bu gün də müzakirələrə qatılmayan partiyaların bu prosesi iqtidarla “əlbirliyi” kimi dəyərləndirmələrini də yanlış sayıb:

 

“Onların kənarda qalaraq qazandıqları nədir. Bununla xalqa nə verirlər. Amma onlar, istəyirsən orda ən gözəl qanunu qəbul elə, tənqid edəcəklər. Onların da yolu budur ki, hər şey pisdir, hər şeyi tənqid elə. Onlara da bu şəkilə gündəmdə qalır, öz yollarıdır seçsinlər. Amma onların cəmiyyətimizə, siyasi palitraya xeyri olmur. Çox istərdim ki, onlar bunun məntiqini izah etsinlər. Bəlkə onların məntiqi daha güclü olacaq. Amma mənim də qənaətin budir ki, Milli Məclisdə bütün cəmiyyəti razı salacaq qanun layihəsini qəbul edə biləcəyik”. 

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...