Tibbi təhsil alanların diplomlarının tanınması üçün İMTAHAN

15:20 31-10-2022 | icon 600 | Təhsil
Tibbi təhsil alanların diplomlarının tanınması üçün İMTAHAN

Xaricdə rezidentura/ordinatura təhsili almış şəxslərin diplomunun tanınması ilə bağlı yaranan problemlərə aydınlıq gətirilib.

 

Versus.Az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev İstanbulda jurnalistlərə açıqlamasında bildirib ki, bu istiqamətdə xüsusi komissiya yaradılıb:

 

“Həmin komissiya birbaşa Səhiyyə Nazirliyinin nəzarəti altındadır. Komissiya artıq işini bitirib. Bir neçə günə sənəd qəbulu elan olunacaq. Müxtəlif ölkələrdən məzun olmuş həkim və mütəxəssislərimizin tədris planları qiymətləndirilib. Azərbaycanda qəbul olunmuş tədris standartlarına və proqramlarına uyğun olub-olmadığı müəyyənləşdirilib. Hazırlıq üçün bir aya yaxın vaxt veriləcək. Səhiyyə Nazirliyinin rəsmi saytında hər ixtisas üzrə sual toplusu dərc ediləcək və hazırlaşmağa kifayət qədər vaxt olacaq”.

 

Teymur Musayev vurğulayıb ki, ondan sonra vahid şəkildə imtahanlar keçiriləcək:

 

”İmtahanlardan keçən şəxslər həmçinin müəyyən mərhələləri də keçəcəklər. Onların detallarını indi tam açıqlamaq istəmirəm. Artıq bütün təkliflər hazırdır. Yəqin ki, bu həftə ərzində onlarla tanış olmaq mümkün olacaq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...