Motosiklet oğrusu həbs olunmasına sevindi
“Sizə görə ailəmə həsrət qalmışdım”
Türkiyənin Adana şəhərində motosiklet oğrusu saxlanılıb.
Hüseyn adlı şəxs portağal bağında gizlənərkən yaxalanıb.
Onun iş axtarmaq adı ilə rayon ərazisindəki emalatxanalara gedərək müşahidə apardığı, sonra isə motosikletləri oğurladığı müəyyən edilib. Son bir ayda 11 ədəd motosiklet oğurlayan Hüseynin oğurluq etdiyi anlar təhlükəsizlik kamerasına əks olunub.
Nəzarətə alınan oğru polisə verdiyi ifadəsində həbs edilməsinə sevindiyini bildirib.
“Yaxalanacağımdan qorxduğum üçün evdə qala bilmirdim. Sizə görə bir aydır ailəmə həsrət qalmışdım”, - deyə o qeyd edib.
Motosiklet oğrusu məhkəmə zalında həbs edilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"