Rekorda imza atan azərbaycanlı məktəbli

12:16 09-11-2022 | icon 444 | Təhsil
Rekorda imza atan azərbaycanlı məktəbli

İctimai Televiziyada (İTV) yayımlanan “Əlaçı” proqramında İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin XI sinif şagirdi Asiman Mirzəliyev rekorda imza atıb.

 

O, verilişin tarixində ilk dəfə olaraq 29 suala düz cavab verib.

 

Finalda qalib olan rekordçu Mirzəliyev Asiman Mübariz oğlu Oxu.Az-a danışıb.

 

O bildirib ki, verilişdə rekorda imza atdığı üçün sevinclidir:

 

“Mən 2006-cı ildə İsmayıllıda doğulmuşam. Təhsilə həmin şəhərin Göytəpə kəndində başlamışam. Burada oxuduğum müddətdən artıq yarışlara qoşulmağa başladım. Aşağı sinifdə oxuyan zaman məktəbdə dərnəklərə qoşulurdum. Qatıla bildiyim hər bir yarışda iştirak edirəm və məqsədim qalib olmaqdır. Məktəbin özü də mənə çox şey qazandırıb. Təhsil aldığım 8 ildə ən əsas biliklərə sözügedən məktəbdə yiyələnmişəm”.

 

A.Mirzəliyev qeyd edib ki, 9-cu sinifdən başlayaraq təhsilini İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı məktəbdə davam etdirir.

 

O deyir ki, Azərbaycan-Fransız Universiteti (UFAZ) və ya Bakı Ali Neft Məktəbində təhsilini davam etdirmək istəyir.

 

Onun atası Mübariz Mirzəliyev övladının uğur qazanmasından sevincli olduğunu bildirib.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı