“İran burda başqa məqsədlər də güdür”

17:49 21-11-2022 | icon 310 | Siyasət
“İran burda başqa məqsədlər də güdür”

Azər Hüseynov: "Bu dövlətin nəzarətində olan güclü dini tədris məktəblərinin yaradılmasına böyük ehtiyac var”

 

İranın Azərbaycandakı cəsus şəbəkələrinin  ölkəmiz üçün təhdidi və bunların aşkarlanması ilə bağlı görülən işlər müxtəlif aspektlərdə təhlil olunmaqdadır. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində İranın Azərbaycanda yeni cəsus şəbəkəsinin aşkarlanması məsələni yünidən gündəmə gətirib.

 

Bu istiqamətdə görülən işlər yetərlidirmi? Bu şəbəkələr Azərbaycan üçün hansı təhlükələri doğurur?

 

Bu istiqamətdə açıqlama verən siyasi ekspert Azər Hüseynov bildirib ki, İranın Azərbaycanda fəaliyyət göstərən cəsus şəbəkəsinin aşkarlanması birinci növbədə xüsusi xidmət orqanlarının fəaliyyətinin təqdirəlayiq nəticəsi kimi qiymətləndirilməlidir.

 

Ekspertin sözlərinə görə, bu fakt bir daha onu gəstərir ki, Azərbaycan vətəndaşları arasında böyük əksəriyyətin dövlət şüurunun olmasına baxmayaraq, müəyyən insanlar və qruplar da var ki, onlarda dövlət və millət şüuru yoxdur:

 

“Bu fakt bu bir daha onu sübut edir ki, ölkədə cəsus şəbəkələrinin qarşısının alınmasının yolları yalnız hüquq-mühafizə orqanlarının üzərinə qoyulmamalıdır. Bu sahədə, xüsusilə də siyasi, ictimai təbliğatın aparılması və gücləndirilməsi, Azərbaycan dövlətinin nüfuzunin xalq arasında artırılması və onun təbliğ edilməsi, eləcə də xarici kəşfiyyat idarələri ilə əməkdaşlığın hər bir vətəndaşın təhlükəsizliyinə yönəldiyinə dair ictimai təbliğatın aparılması zəruridir. Bu fakt həmçinin, bizi bir daha ona təşviq edir ki, biz bölgədə daim yanımızda olan və bizim təhlükəsizliyimizə zəmanət verə bilən Türkiyə dövləti ilə bütün aspektlərdə əlaqələrimizi gücləndirək. Bura kəşfiyyat, hərbi və digər istiqamətləri də daxil edərək, bu münasibətlərin dərinləşdirilməsi istiqamətində fəaliyyət göstərəck”.

 

A.Hüseynov  burda vacib olan məqamlardan biri kimi məlum cəsus şəbəkəsinə cəlb edilmiş şəxslərin Azərbaycanın müəyyən bölgələrindən olması ilə bağlıdır. Onun fikrincə, İran burda başqa məqsədlər də güdür:

 

“Bu, gələcəkdə Azərbaycanda milli və dini zəmində qarşıdurmaların yaradılması, eləcə də məzhəb və etnik qarşıdurmaların yaradılmasına yönəlib. Bu fakt Azərbaycanda dini təblğatın yüksək dərəcədə təşkil olunması və dövlətin nəzarətində olan güclü dini tədris məktəblərinin yaradılmasına böyük ehtiyac vardır”.

 

PAKİZƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı