"Ermənistan faktiki olaraq sülhə hazır deyil"-

13:10 23-11-2022 | icon 377 | Siyasət
"Ermənistan faktiki olaraq sülhə hazır deyil"-

 

 

 

“Ermənistan tərəfinin son davranışları, Paşinyanın sərsəm bəyanatları və hər gün ermənilər tərəfindən baş verən təxribatlar fonunda növbəti görüşdə hansısa irəliləyişlərin əldə olunacağını düşünmürəm. Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlərdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı xeyli sayda razılaşmaların əldə olmasına baxmayaraq indiyə qədər əldə olunmuş razılaşmalara ermənilər tərəfindən əməl olunmaması da növbəti görüşdə hansısa müsbət qərarların veriləcəyi ilə bağlı gözləntiləri azaldır”.

 

 

 

Versus.az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov noyabrın sonunda Azərbaycan-Ermənistan arasında keçirilməsi nəzərdə tutulan 5-ci Brüssel görüşü ilə bağlı gözləntilərə diqqət çəkərkən bildirib.

 

Politoloq qeyd edib ki, aparılan danışıqlarda əldə olunan razılaşmaların əksinə olaraq Ermənistan tərəfi hələ də kommunikasiyaların açılması istiqamətində, yaradılmış birgə komissiyaların fəaliyyəti istiqamətində konkret addımlar atmayıb. Sülh sazişinin hazırlanması istiqamətində sənədin hazırlanması üçün hər iki ölkənin Xarici İşlər Nazirlərinə verilmiş tapşırıqlar da hələ ki, icra olunmayıb. Başqa sözlə desək sülhə apara biləcək addımlar hələ də atılmamış qalır.

 

Onun sözlərinə görə, əgər növbəti görüşdə Ermənistan tərəfə üzərinə götürdüyü və razılaşdırılmış öhdəliklərlə bağlı Avropa İttifaqı tərəfindən hansısa təzyiqlər olacaqsa o zaman nəsə gözləmək olar.

 

“Amma  bu cür təzyiqlərin ediləcəyi az ehtimal olunur. Son görüşlərdə hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü və süverenliyni tanıması il bağlı bəyanatın verilməsinin ardınca Paşinyan tərəfindən Alma-Ata Bəyannaməsinin yeni formirovkada təqdim olunması və faktiki olaraq Qarabağın Azərbaycanın ərazi bütövlüyünə aid olmamasını deməsi onu deməyə sas verir ki, Ermənistan faktiki olaraq sülhə hazır deyil.

Lakin məsələ burasındadır ki, iki ölkə arasında münasibətlərin normallaşmasını istəməyən təkcə Ermənistan deyil, regionda marağı olan və bu marağı təmin etmək üçün Ermənistandan istifadə edən ölkələr, konkret desək Rusiya, İran, Fransa və hətta ABŞ - da münaqişənin davam etməsində maraqlıdır.

Odur ki, indiki məqamda, sülh istiqamətində hansısa addım atılacağını gözləmək sadəlövlük olardı. Sülhün yeganə yolu Ermənistanı sülhə məcbur etməkdən keçir. İlk olaraq Laçın dəhlizinə girişin bağlanılması, bunun nəticəsində separtaçı rejimin Ermənistanla əlaqələrinin kəsilməsi və erməni hərbi birləşmələrinin tərksilah edilməsi üçün anti-terror əməliyyatının keçirilməsi lazımdır. Bunlar həyata keçiriləcəksə separatçı rejimin nəzarəində olan ərazilərdə yürisdiksiyamız təmin ediləcəksə Ermənistanla hər hansı danışıqlara da ehtiyac qalmayacaq”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı