Noyabrın 26-da Azərbaycan Ümid Partiyası partiya qərargahında Bakı rayon təşkilatlarının fəal qadın üzvləri ilə görüş keçirib.
Versus.Az xəbər verir ki, bu barədə oartiyanın Mətbuat Xidmətinin məlumatında bildirilir.
Görüşdə partiya sədri İqbal Ağazadə, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova çıxış ediblər. Çıxışçılar "Qadınların cəmiyyətdə rolu", "Azərbaycan siyasətində qadın çatışmazlığı", "Dövlət orqanlarında qadınların sayı qənaətbəxşdirmi?", "Seçki və dövlət orqanlarında kvotaya ehtiyac varmı?" və s. mövzular ətrafında danışıblar.
PAKİZƏ
Versus.Az