“Azərbaycanın İncisi Şuşa” - Reza Deqatinin foto-sərgisi

16:44 08-12-2022 | icon 466 | Cəmiyyət
“Azərbaycanın İncisi Şuşa” - Reza Deqatinin foto-sərgisi

8-9 dekabr 2022-ci ilin “Türk Dünyasının mədəniyyət paytaxtı” Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə əməkdaşlığı çərçivəsində “Şuşa Günləri” keçiriləcəkdir.

 

Versus.Az xəbər verir ki, proqramda dünyaca məşhur fotoqraf Reza Deqati tərəfindən Qarabağ mədəniyyətini əks etdirən “Azərbaycanın İncisi Şuşa” foto sərgisinin nümayişi olacaqdır. Sərgidə fotoqrafın Şuşada işğaldan əvvəl və sonra çəkdiyi fotoşəkillər göstəriləcək.Xatırladaq ki, 1992-ci ildə işğala az qalmış şəhəri tərk edən Reza Deqati 30 ildən sonra qayıdaraq Şuşanı yenidən kameranın yaddaşına köçürüb.

 

Qeyd edək ki, Deqati sərgisinin açılışı üçün Bursadadır və tədbir zamanı eyni zamanda əyani konfrans keçirəcək və Şuşanın keçmişindən, indiki təcrübələrindən və gələcəyi ilə bağlı arzularından danışacaq.

 

2023-cü ilin “Türk Dünyasının mədəniyyət paytaxtı” seçilən Şuşa şəhəri tarixən Azərbaycanın mədəni-mənəvi, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Fondun təşəbbüsü ilə Bursada “Şuşa Günləri”nin təşkil olunması, “Türk Dünyasının mədəniyyət paytaxtı” statusunun bir şəhərdən digərinə ötürülməsi üzrə yeni bir ənənənin əsasının qoyulması məqsədini daşımaqdadır.

 

“Şuşa Günləri”nin rəsmi hissəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın, Bursa Böyükşəhər Bələdiyəsinin Başçısı Alinur Aktaşın, Azərbaycan və Türkiyə rəsmilərinin, Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərlərinin iştirakı və çıxışları nəzərdə tutulur.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Gədəbəydə DƏHŞƏT

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ