Sevindik Nəsiboğlunun “Möhtəşəm Zəfərin Nişanəsi” - TƏQDİMAT

11:47 09-12-2022 | icon 487 | Cəmiyyət
Sevindik Nəsiboğlunun “Möhtəşəm Zəfərin Nişanəsi” - TƏQDİMAT

Dekabrın 7-də gənc yazar, publisist Sevindik Nəsiboğlunun “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabının təqdimat mərasimi keçirildi.

 

Versus.Az xəbər verir ki, mərasimdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, gənc yazar Sevindik Nəsiboğlu, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Tədbir iştirakçıları ilk öncə Xocavənd qəsəbəsində Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu və Xocavənd uğrunda canından keçmiş şəhidlərin xatirəsinin əbədiləşdirildiyi Abidə Kompleksini, 2017-ci il Fevral və 1997-ci ilin aprel şəhidlərinin xatirəsinə lövhələr qoyulmuş Qəhrəmalar parkını ziyarət etdilər.

 

Daha sonra tədbir Rayon Mədəniyyət evində davam etdi. Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Gənc yazar Sevindik Nəsiboğlunun həyat və yaradıcılıq yoluna nəzər salınan video-rolik nümayiş olundu.

Tədbirdə bildirildi ki, müəllifin “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı şeir kitabları 2018-ci ildə, “Ulu Naxçıvanım” adlı nəsr və “Konüllərə yol gəzirəm” adlı şeir kitabları isə 2020-ci ildə nəşr edilmişdir. Bu kitabların hər biri müəllifin kimliyindən xəbər verməklə onun daxili aləminin zənginliyini göstərir. 700-dən çox səhifədə qərar tutmuş “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabın əsas mövzusunu 1-ci Qarabağ müharibəsi, atəşkəs dövründə, 2016-cı ilin aprel və 2020-ci ilin Tovuz döyüşləri, nəhayət, 44 günlük Vətən müharibəsi zamanı canlarını qurban vermiş şəhidlərimiz, qazilərimiz, müharibə iştirakçıları haqqında həssaslıq, vətənpərvərlik, Vətən oğullarının qısa, lakin olduqca mənalı və qürurverici həyat və döyüş yollarından bəhs edən publisistik məqalələr, şeirlər, şanlı ordumuza, qəhrəmanlığa həsr edilmiş zəfər ətirli şeirlər, eləcə də 1992-2020-ci illərdə Vətən uğrunda canlarını fəda etmiş qəhrəman Azərbaycan oğulları haqqında müəllif tərəfindən yaradılmış Vikipediya səhifələri təşkil etmişdir.Kitabda 76 şəhid, 2 qazi və 2 müharibə iştirakçısı haqqında məqalə və şeir, azad edilmiş ərazilərimiz və vətənpərvərlik mövzusunda 40-dək şeir və 365 nəfər şəhidimiz haqqında ensiklopedik məlimat yer almışdır.Kitabı 400-dən çox Vətən oğulları — şəhidlərimiz, qazilərimiz və müharibə iştirakçıları haqqında ensklopedik toplu kimi də qəbul etmək olar. “Möhtəşəm zəfərin nişanəsi” kitabını zəfər yolunun xronikası, 44 günlük müharibənin gündəliyi də adlandırmaq olar.

 

Təqdimatda çıxış edənlər istedadlı uşaq və yeniyetmələrin üzə çıxarılmasında, məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin təşkilinin əhəmiyyətindən söz açaraq, bu gün ölkədə həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dövlət siyasətinin əsas vəzifələrindən olduğunu bir daha vurğuladılar.

 

Tədbirin bədii hissəsində Xocavənd Rayon Salakətin kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı Sevindik Nəsiboğlunun şeirlərindən ibarət kompozisiya nümayiş olundu.

 

Sonda gənc yazara Xocavənd Rayon İcra Hakimiyyəti başçısının və Kürdəmir Regional Mədəniyyət İdarəsinin fəxri fərmanları təqdim olundu.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ