Partiyalardan aksiyaçılara DƏSTƏK BƏYANATI

16:45 13-12-2022 | icon 360 | Siyasət
Partiyalardan aksiyaçılara DƏSTƏK BƏYANATI

Bu gün AMİP, AĞ Partiya, AXP və BAP rəhbərliyi Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyası ilə bağlı vəziyyəti müzakirə edərək birgə bəyanat qəbul edib. Bəyanatda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, vətəndaş cəmiyyəti fəallarının, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasının tələblərinə dəstək ifadə olunub.

 

Versus.Az xəbər verir ki, bu barədə AMİP Ali Məclisinin sədri Rəşad Bayramov bildirib.

 

R.Bayramov birgə bəyanata əsasən bildirib ki, Rusiya sülhməramlılarının və erməni separatçılarının birgə təxribatı nəticəsində rəsmi qurumlarımızın faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq aparmasına imkan verilməməsinə etiraz olaraq keçirilən aksiyanın əsas səbəbi sülhməramlı adlanan Rusiya hərbi kontingentinin öz vəzifələrini icra etməməsi, birtərəfli mövqe tutaraq separatçılarından maraqlarından çıxış etməsindən ibarətdir.


Partiyalar etirazçılara dəstək olaraq aksiyaya qoşulmaq niyyətlərini də bəyan ediblər. Bildiriblər ki, Rusiyanın hərbi-siyasi rəhbərliyinin üçtərəfli bəyanatla üzrələrinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi onların ərazilərimizi tərk etməsini labüd edir.


Bəyanatda həmçinin rəsmi Ermənistan tərəfindən aksiya ilə bağlı dünya ictimaiyyətinə yalan məlumat verilməsinin və beynəlxalq ictimaiyyətdə Azərbaycan əleyhinə fikirlərin formalaşmasının qarşısının alınması üçün aktiv fəaliyyətinin zəruriliyi qeyd olunub. Dünyanın aparıcı ekologiya təşkilatlarına müraciətlərin ünvanlanmasının vacibliyi bildirilib.


“AMİP, AXP, BAP və Ağ Partiya rəhbərliyi bir daha bəyan edir ki, Azərbaycanın Laçın yolu üzərində nəzarəti öz üzərinə götürməsi üçün bütün əsaslar mövcuddur və öz fəaliyyəti ilə faktiki olaraq sülh prosessini tormozlayan Rusiyanın bundan sonra da öz qanunsuz fəaliyyətini icra etməsinə imkan vermək yolverilməzdir”.

 

PAKİZƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Gədəbəydə DƏHŞƏT

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ