"Həqiqi sülhməramlı olmaq istəmirlərsə, çıxıb getsinlər"

18:46 13-12-2022 | icon 410 | Siyasət
"Həqiqi sülhməramlı olmaq istəmirlərsə, çıxıb getsinlər"

Razi Nurullayev: "Onlar separatçılara zəmin hazırlayırlar"

 

"Rusiya sülhməramlılarının Qarabağdakı hərəkətləri daha çox təxribata bənzəyir. Davranışı deməyə əsas verir ki, onlar tam ermənipərəstdir və neytral mövqe sərgiləmir".

 
 
Versus.Az xəbər veriri ki, bunu son hadisələrlə bağlı açıqlamasında Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bildirib.
 
 
Deputat vurğulayıb ki, sülhməramlılar və onların komandiri Volkov özünü Qarabağın sahibi və “böyük qardaş” kimi aparır:
 
 
"Görünən budur ki, onlar separatçılara zəmin hazırlayır. Həm də general Volkov erməni əsilli rusiyalı milyarder, artıq separatçılığı üzərinə götürmüş Ruben Vardanyanla əlbirdir. Ruben Vardanyan Rusiyanın layihəsidir və sülhməramlılara verilən göstəriş də budur ki, bütün vasitələrlə onun leqallaşmasına yardımçı olsunlar".
 
 
Razi Nurullayevin fikrincə, Azərbaycan tərəfinin bu təxribatlara cavabı Laçın dəhlizini bağlamaq olmalıdır. Çünki bu dəhliz humanist məqsədlər üçün nəzərdə tutulub, silah daşımaq, separatçıların sayını artırmaq və onlara qahmar çıxmaq üçün yox:
 
 
"Rusiya tərəfi bu razılığı pozduğu üçün Azərbaycan da razılaşmaya düzəliş tələb etməli və birtərəfli qaydada dəhlizi bağlamalı, o cümlədən bizim sərhədçilərin dəhlizdə yerləşməsi və gömrük postunun qurulması tələbini qoymalıdır.
 
Təəssüfedici haldır ki, sülhməramlılar Qarabağda ekoloji fəlakət törətməyə davam edirlər. 30 il ərzində də bunu ediblər. O zaman da Rusiya da Minsk Qrupunun bir üzvü idi. Amma qarşısını almayıb. İndi də göz yumur və şərait yaradır. Azərbaycan jurnalistlərinə maneçilik törədir".
 
 
Deputat Azərbaycan jurnalistlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin etiraz aksiyasını dəstəklədiyini deyərək, sülhməramlıların onlara qarşı zorakılığını qətiyyətlə pisləyib:
 
 
"Bu cür aksiyalar davamlı olsun və sülhməramlılara da yerini və statusunu göstərək. Neytral, şəffaf və həqiqi sülhməramlı olmaq istəmirlərsə, çıxıb getsinlər. Bizə öz vətəndaşlarımız olan separatçılarla danışmağa vasitəçi lazım deyil. Vasitəçilər kənardan Qarabağa separatçılar daşımaqla məşğuldurlar. Belə sülhməramlı olar?"
 
 
PAKİZƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ