"Azərbaycana yenə başga yol buraxmadılar"

22:39 15-12-2022 | icon 658 | Geopolitika
"Azərbaycana yenə başga yol buraxmadılar"

Ramiyə Məmmədova: "Xankəndi və digər ərazilərimiz tam nəzarətə keçəcək"

 

"Azərbaycana yenə başga yol buraxmadılar. Qarabağda gedən son prosseslərin, sülhməramlıların özbaşınalığı, erməni separatcılarının və ermənilərin oynadıqları oyunlar başlarında sınmalıydı. Və nəticə. Ya Qarabağ münaqişəsini tamamən həll etməli ya da... Amma burda başqa “ya da” ol bilməz. Xankəndi başlanğıcdır".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.
 
 
Politoloq qeyd edib ki, bu gün bütün başbilən ölkələr Fransa, AB, ABŞ, Rusiya yenə ayağa galxıblar ki, goymayın ermənilərə soygırırm törədirlər:
 
 
"Münaqişənin həlli ücün yeni tezislər irəli sürürlər. Elə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycan-Ermənistan danışıqları ilə bağlı son fikirləri geniş müzakirələrə səbəb olub. Belə ki, TRT Dünya Forumuna qatılan Klaar "tviter" hesabında yazdığı açıqlamada Türkiyənin danışıqlar prosesində mümkün iştirakından söz açıb. Klaar qeyd edib ki, Türkiyənin Azərbaycanla Ermənistan münasibətlərinin həlli üçün çoxlu təklifləri var. Türkiyə rəhbərliyi Qarabağ münaqişəsinin həlli və Azərbaycanın tək olmadığını bütün dünyaya sübüt etmək ücün və Türkiyənin Azərbaycanla münasibətlərinin nə dərəcədə yüksək olduğunu Şuşa Bəyannaməsi ilə təsdiqlədi. Eyni zamanda Türkiyə 44 günlük müharibədə Azərbaycanın ən böyük dəstəkçisi oldu. Bu gün Türkiyənin danışıqlarla bağlı təkliflər irəli sürməyə tamamilə haqqı çatır. Türkiyə bu təklifləri indiyədək də verirdi. Lakin onlar bir çox dairələr tərəfindən qəbul edilmirdi. Ona görə ki, Rusiyanın danışıqlar prosesində daha qabarıq rola malikdir".
 
 
Politoloq bildirib ki, sülhməramlıların Qarabağda olması Moskvanın manevr imkanlarını artırır. Lakin bu gün başa düşülür ki, Türkiyə yeganə dövlətdir ki, dünyanın bugünkü real vəziyyətində uğulu diplomatiya üsüllarına əl ataraq böyük rol oynayır:
 
 
"Bu tək Qarabağ məsələsi ilə də bağlı deyil. Rusiaya-Ukrayna münaqişəsi də buna bir nümünədir. Ancag bu hansısa dövlətlərin xoşuna gəlmir və Türkiyənin rolunu süni olaraq azladır, görməzlikdən gəlir. Klaarın bəyanatı isə Türkiyəyə qulaq assaq uduzmarıq deməyə gətirir. Ancaq Avropa İttifaqı və ABŞ-ın da Türkiyəyə münasibəti elə də loyal deyil. Ona görə Qərbdən də Türkiyəyə bu məsələdə ciddi dəstək gəlmir. Baxmayaraq ki, Ukraynadakı müharibə səbəbindən Rusiya təklənmiş vəziyyətdədir, lakin yenə də Moskvanın beynəlxalq arenada tərəfdaşları var. Türkiyə də Rusiya ilə əməkdaşlığını davam etdirən ölkələrdən biridir. Ona görə də Ankaranın Azərbaycan-Ermənistan danışıqları ilə bağlı təkliflərinə Rusiya yəqin ki tamamilə “yox” deməyəcək. Baxmayaraq ki, Türkiyə bu gün Rusiyanın ən yaxın tərəfdaşıdır, amma yenə də rəsmi Ankaranın proseslərə tam daxil olmasına Kreml imkan verməz. Ermənistan isə bu məsələdən qorxur. Rəsmi İrəvan istəməz ki, Türkiyə danışıqlarda aparıcı rol alsın. Doğrudur, Ermənistanın hazırki iqtisadi vəziyyəti Türkiyə ilə yaxınlaşmanı zəruri edir. Lakin yenə də xarici təsirlər İrəvana bu istiqamətdə addımlar atmağa mane olur. Azərbaycan da uzun müddət sülhməramlılar məsələsində daha balanslı mövqe nümayiş etdirib, problemləri özü həll etməyə çalışırdı, lakin indi görürük ki, sülhməramlıların orda olması Rusiyanın istədiyini etmək imkanını yaradır. Problemlər tam həllini tapıb, sülh müqaviləsi imzalanmamış Moskvanın təsir imkanları da öz gücünü qoruyacaq. Elə sülh müqaviləsinin hələ də imzalanmamasının səbəbi də Rusiyanın regionda mövcudluğudur. Sülhməramlılar isə bu gün separatçılara daha çox yardım edirlər. Xankəndi və ardınca da başqa ərazilərimiz tam nəzarətə keçəcək, buna şubhə belə yoxdur.
 
Bügün Azəarbaycanın qarşısında bu vəzifələr durur - Ermənistan Respublikasının Azərbaycana qarşı silahlı təcavüzünün nəticələrini nəhayət aradan qaldırmaq;
- Respublikanın silahlı qüvvələri tərəfindən 857 min Azərbaycan vətəndaşına qarşı həyata keçirilən ümumi etnik təmizləmənin nəticələrinin aradan qaldırılması, qaçqın və köçkünlərin daimi yaşayış yerlərinə ləyaqətlə və təhlükəsiz qayıtması üçün şəraitin təmin edilməsi;
- Azərbaycan Respublikasının erməni əhalisinin kompakt yaşayış yerlərində siyasi və hüquqi reinteqrasiyası prosesini təmin etmək".
 
 
PAKİZƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Gədəbəydə DƏHŞƏT

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Təhlükəli xəstəliyin müalicəsi TAPILDI

Bakının məşhur məktəbi təmirə bağlanır

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT