Vilyam Hacıyev ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü

11:44 19-12-2022 | icon 690 | Hadisə
Vilyam Hacıyev ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev cəzaçəkmə müəssisəsinə köçürülüb.

 

Versus.Az xəbər verir ki, sabiq icra başçısının cinayət işi üzrə hökm qanuni qüvvəyə mindikdən sonra o, ciddi rejimli cəzaçəkmə müəssisəsinə etap olunub.

 

Qeyd edək ki, Vilyam Hacıyev xəstəliyi ilə əlaqədar məhkəmə istintaqı dövründə Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılıb.

 

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.

 

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.

 

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. /APA/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ