ÜST bəyan etdi

11:47 22-12-2022 | icon 594 | Sağlamlıq
ÜST bəyan etdi

“Dünyada antibiotik çatışmazlığı var”

 

Yoluxucu xəstəliklərin sayının artması ilə əlaqədar mütəxəssislər dünyada antibiotik qıtlığının yarandığını qeyd edirlər.

 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərman təchizatı qrupunun rəhbəri Liza Hedman məlumat verib.

 

ÜST tərəfindən məlumatların toplandığı 35 ölkənin 80%-də “Penisilin” əsaslı preparatların  çatışmazlığı müşahidə olunur. Məsələn, ABŞ və Kanadada “Amoksisillin” qıtlığından  şikayətlənirlər. Aİ ölkələrinin böyük əksəriyyəti - 27 ölkədən 25-i həmçinin belə bir problemlə üzləşdikləri barədə məlumat veriblər.

 

Hedman əlavə edib ki, kiçik ölkələrdə bununla bağlı vəziyyət barədə daha az məlumatlar daxil olur. Amma buna baxmayaraq bu dövlətlər daha çox zərər çəkə bilər. Xüsusən də onların milli valyutası ucuzlaşıbsa və dərmanları açıq bazardan almaq məcburiyyətindədirlərsə, bu problem daha böyük ola bilər.

 

Eyni zamanda dərmanların istehsalı üçün komponentlərin tədarükü də çətindir. Enerji daşıyıcılarının bahalaşması həm də dərman istehsalçılarının gəlirlərinin azalmasına səbəb olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...