"İran aksiyanı ermənilər kimi təqdim edir"

15:54 24-12-2022 | icon 800 | Geopolitika
"İran aksiyanı ermənilər kimi təqdim edir"

Vüqar Dadaşov: “Tehran erməni “cəbhəsindən” Azərbaycana qarşı səngərdə durur”

 

“Tehran dövləti Azərbaycana qarşı genetik düşmənçiliyini ilk olaraq Qafanda konsulluq açmaqla, eləcə də ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin açıqlaması ilə açıq düşmənçilik siyasətinin formasını dəyişdi”.

 

Versus.az xəbər verir ki, bunu MCP SŞ-nın üzvü, hüquqşünas Vüqar Dadaşov İranın Azərbaycana münasibətində dəyişən nüanslarla bağlı açıqlamasında bildirib.

 

O, Tehran dövləti ilə Azərbaycan Respublikası arasında vertikal xətt üzrə yüksələn gərginlik, molla fars rejiminin Azərbaycana qarşı genetik düşmənçiliyini açıq müstəviyə keçirməklə daha da sürətləndirən məsələlərə diqqət çəkib. Onun sözlərinə görə, rəsmi Tehran Azərbaycana münasibətdə ənənəvi təhdid, hədə-qorxu ritirikasını keçirdiyi növbəti gülünc hərbi təlimlərlə daha da təsirli etməyə çalışdı:

 

"Ancaq Azərbaycan adekvat cavabları ilə molla fars rejiminin Azərbaycana münasibətdə özü üçün elan etdiyi "qəbuledilməz" nəticələri gördü. Vəziyyətin tamamilə nəzarətdən çıxacağı ehtimalının yüksək olmasını görən rəsmi Tehran, Azərbaycanla münasibətləri normallaşdırmaq üçün, ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayəti açıqlama verdi. “Əgər Azərbaycan bir gün hansısa xarici ölkənin hücumuna məruz qalarsa, İran dəstək üçün Azərbaycanın yanında olacaq. Azərbaycan xalqı bizim gözümüzün nurudur”- deyə bildirdi. Bu açıqlama az da olsa iki ölkə arasında gərginliyi azalda bildi".

 

V.Dadaşov hesab edir ki, Tehran Azərbaycan dövlətinə, xalqına qarşı həmişəki kimi, səmimi deyil və ənənəsinə uyğun olaraq riyakar siyasətini davam etdirir:

 

“Çox keçmədi ki, Tehran dövləti Azərbaycana,rus sülhməramlıların məsuliyyət zonasına, Xankəndinə Azərbaycan xalqının, ordusinun qəsdinə iki ekipaj terrorçu dəstəsini göndərməyi faktı ilə ifşa olundu. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin, aktivistlərin Laçın - Gorus yolunda (Laçın dəhlizi) ermənilərin onların havadarları ilə birlikdə Azərbaycanın təbii sərvətlərinin talanmasına qarşı keçirdiyi aksiyaları eyni ilə ermənilər kimi təqdim edir və Azərbaycanın təklənməsinə çalışır".

 

V.Dadaşov vurğuladı ki, aksiyanın erməni havadarları tərəfindən "blokada", "humanitar fəlakət" kimi təqdim etməyə çalışıldığı bir zamanda Tehran dövlətinin Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin - "İran Laçın dəhlizinin blokunun açılması məsələsinin dialoq və sülh yolu ilə tezliklə həll olunacağına ümid edir"- deyərək verdiyi açıqlama Azərbaycana qarşı ancaq barışmaz düşmənçiliyin göstəricisidir:

 

“Maraqlısı odur, rus sülhməramlıları məsuliyyət zonasında  Xankəndidə və ətraf ərazilərdə ermənilərlə azərbaycanlılar arasında gərginliyə maraqlı olan Rusiya belə dəhlizin bağlanmadığını bildirir. Bu gün də, Rusiya XİN - nin sözçüsü M.Zaxarova da məsələ ilə bağlı açıqlama verdi. Bir neçə gün bundan əvvəl BBC informasiya nəhəngi, Beynəlxalq Qırmızı Xaç Komitəsi də Laçın koridorinun bağlanmamasını əks etdirən görüntü yayımlayıb. Tehran dövləti isə faktların tamamilə əksinə olaraq erməni cəbhəsindən Azərbaycana qarşı səngərdə durur, daha doğrusu durmaqda davam edir.

Tehran dövləti Azərbaycana, azərbaycan xalqına, türk etnosuna qarşı genetik düşmənçiliyindən əl çəkən deyil, doğrusu, Cənubi Azərbaycan faktoruna görəTehran dövlətinin bütövlük təhlükəsi  bu düşmənçiliyi təbii və məcburi edir. Ona görə də Tehran dövlətinin nə vaxtsa Azərbaycana, azərbaycanlılara qarşı münasibətinin dəyişəcəyini gözləmək sadəlövhlükdür”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ