Ruhanilər İran rejiminə qarşı

20:48 24-12-2022 | icon 595 | Dünya
Ruhanilər İran rejiminə qarşı

“Dini hakimiyyətə qurban verməyin!”

 

İran hakimiyyətinin xalqın tələblərini qulaqardına vurub silahlı zorakılığa və kütləvi repressiyalara əl atması, o cümlədən etirazçılar barədə edam hökmlərinin çıxarılması müxalif ruhanilərin səsinin daha ucadan eşidilməsinə səbəb olub.

 

Bununla bağlı “Azad İran” “YouTube” kanalında videosüjet yayımlanıb.

 

Süjetdə bildirilib ki, dekabrın 23-də tanınmış şiə müctəhidlərindən biri, üç dəfə İran parlamentinin deputatı olmuş Hüseyn Ənsarirad ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyiyə açıq məktubla müraciət edib.

 

Ölkədəki vəziyyəti və hakimiyyətin atdığı addımları kəskin tənqid edən ruhani İran rəhbərinə üzünü tutaraq yazıb:

 

“Xameneyi həzrətləri, aydın və qəti şəkildə deyirəm, bütün qərəzsiz ekspertlər də təsdiqləyirlər ki, iqtisadi, ictimai, siyasi, mədəni və fərdi sahələrin hamısında İslam Respublikasının idarəçiliyi uğursuzluğa düçar olub. Ona görə indi İran xalqı dinc şəkildə və qorxub-çəkinmədən öz həyatının və taleyinin idarəçiliyinə sahib çıxmaq haqqını tələb edir. Qətiyyətlə demək olar ki, bu nümayişlər xalqın 85%-i tərəfindən dəstəklənir. Məsələdən agah olanlar və işi bilənlər yeni bir inqilab, müharibə və süqut olacağından ehtiyat edirlər, səsini çıxarmayıb susanlar da bu idarəçiliyi və mövcud siyasəti qəbul etmirlər. Əgər fundamental islahatlar həyata keçirilməsə, Allahın günü adlandırılan o böyük partlayış baş verəcək, İran dövləti və xalqının aqibəti, Allah bilir, necə olacaq”.

 

Məktubda tanınmış müctəhid Xameneyiyə repressiv siyasətə son qoymağı, edam və işgəncələri dərhal dayandırmağı təklif və tövsiyə edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ