İranın mürtəce siyasəti siyasəti davam edir
Rəşad Ramizli: "İran Azərbaycanla bağlı siyasətində korrektələr etməlidir"
“İran Cənubi Qafqazda Azərbaycanla bağlı siyasətində korrektələr etməlidir. Rəsmi Tehran nümayəndələri Azərbaycanı hədələyir. Buna cəhd edən və istəkdə olan qüvvə məğlub olacaq”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Rəşad Ramizli son illər İranın Azərbaycana yönəlik çirkin siyasətinə münasibətində bildirib.
O, qeyd edib ki, İran mürtəce siyasəti ilə dünyanı özünə düşmən edib:
“Milli azlıqlar, təhsil, din məsələsi ilə bağlı istənilən bir narazılıq olan kimi insanlar etiraza qalxır. İran özünü dindar ölkə kimi dünyaya təqdim edir, amma Xocalıda yüzlərlə qadın və uşaqlarımız əsir götürüləndə heç səsi çıxmadı. Bizim işğal olunan ərazilərimizdə ermənilərlə əl-ələ verib talançılıqla məşğul olmuşdular. İndi də Zəngəzur dəhlizinin açılması söhbəti gündəmə gələndə İranın reaksiyası birmənalı olmur. İran tərəfi xofa düşüb və qeyri-müəyyən açıqlamalarla Azərbaycana "hədə-qorxu” gəlir. Ayrı-ayrı İran rəsmilər bəyan edirlər ki, hər vəchlə buna mane olacaqlar. Amma bəllidir ki, dünyanın böyük gücləri bu dəhlizin açılmasını istəyir. Və bu dəhliz açılacaq”.
İranın dünyada terror təşkilatlarını dəstəkləyən, maliyyələşdirən bir ölkədir, Ermənistan da terror siyasətini həyata keçirən ölkə olduğunu vurğulayan R.Ramizli qeyd etdi ki, özünü islam ölkəsi adlandıran İran Ermənistan tərəfindən minlərlə azərbaycanlının qətliamına göz yumdu:
"Məscidlərimiz dağıdıldı, təhqir edildi, viranə qoyuldu, İran susdu. Və Azərbaycan səfirliyə baş vermiş silahlı hücum ölkəmizə qarşı terror aktıdır. Bu terror aktına görə bütün məsuliyyət İran hökumətinin üzərinə düşür”.
SEVDA
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"