ALDP YAP-la birləşir?
Fuad Əliyev: "Heç bir çətinliyimiz yoxdur, kifayət qədər üzvümüz var"
"Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Yeni Azərbaycan Partiyasına (YAP) birləşəcəyi ilə bağlı xəbər həqiqətə uyğun deyil".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında ALDP sədri Fuad Əliyev bildirib.
Partiya sədri qeyd edib ki, ALDP heç vaxt YAP-ın siyasi kursunu dəstəkləməyib:
“Biz müxalifət partiyası olaraq daim onların siyasətini tənqid etmişik. Bu gün də daxili siyasətlə, sosial problemlərlə bağlı tənqidi çıxışlar edirik".
Fuad Əliyev vurğulayıb ki, ümumiyyətlə hansısa partiya ilə birləşmək fikrləri yoxdur:
"Əksinə, düşünürük ki, 24 illik partiya olan Azərbaycan Liberal Demokrat Partiyası ilə kimlər birləşmək istəyərsə, təklifləri müzakirə edərik. “Siyasi Partiyalar haqqında” yeni qanuna uyğun olaraq, hər bir partiya 5 min üzvün qeydiyyatını aparmalıdır. Bu istiqamətdə heç bir çətinliyimiz yoxdur, kifayət qədər üzvümüz var, sənədləri vaxtında Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"