MSK niyə toplandı: referendum olacaq?

12:08 11-02-2023 | icon 352 | Siyasət
MSK niyə toplandı: referendum olacaq?

"MSK–da seçki və referendum xərclərinin büdcədə 30 milyon olacağını nəzərə alsaq..."

 

Məlum olduğu kimi, MSK uzun müddətdən sonra fevralın ilk həftələrində yenidən toplanmışdı və seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatdı.

 

Digər bir tərəfdən də, xeyli vaxtdır ki, ölkədə referendumun  keçiriləcəyi,  konstitusiyada dəyişikliklərin olacağı, Naxçıvanın status məsələsi müzakirə predmetidir. Deputatlardan biri çıxışında “Naxçıvanda seçki suyahılarınınn dəqiqləşdirilməsi daha ciddi aparılmalıdır” deyə bildirib. Ümumın seçki fəallığı  nə ilə bağlıdır?

 

Siyasi partiya rəhbərləri məsələyə birmənalı yanaşmayıb.

 

 

 

Versus.az xəbər verir ki, Azərbaycan Kommunist Partiyasının sədri  Rauf Qurbanov  bildirib ki, Mərkəzi Seçki Komissiyasının toplanaraq seçici siyahılarını təsdiq etməsi təqdirəlayiq haldır.

 

Onun sözlərinə görə, respublikamızın bütün sahələrində islahatlar getdiyi bir dövrdə MSK-nın da fəallaşması təbiidir.

Respublikada referendumun keçirilməsi və  konistitusiyada dəyişiliklərin olunmasına gəlincə, R.Qurbanov qeyd edib ki, belə düşünüb, mülahizə yüyrütməyə əsas var.

 

 

ALDP sədri Fuad Əliyev bildirib ki, MSK hər ilin əvvəlində seçici siyahılarını nəzərdən kecirir və dəqiqləsdirir. Onun fikrincə, burda qeyri-adi heç nə yoxdur.

 

Partiya sədri referendumun keçirilməsi ilə bağlı məsələ ətrafında son iki il ərzində gəzən söz-söhbətlərin fonuna diqqət çəkib:

 

“Hesab edirəm ki, Vətən Müharibəsindən sonra Konstitusiyada bir neçə dəyisiklik etmək lazimdir, o cümlədən də Naxçıvanın statusu ilə bağlı. Artıq referendumun kecirilmasi sosial sifarisdir. Konstitusiya dəyisiklikləri ilə bagli təkliflərimizi vermisik. Nazirlər Kabinetinin ləgv edilməsi və Vitse-prezidentlik instituna genis imkanlar verilməsi, proporsional secki sistemin bərpasi, İcra hakimiyyətlərinin ləgv olunmasi və prezidentin 9 regional nümayandələrinin təyin olunması,  böyuk şəhər bələdiyyələrin yaradılmasi ilə və sair məsələlərlə bağlı təkliflərimizi vermisik.   Bu il MSK –da seçki və referendum xərcləri büdcədə 30 milyon nəzərdə tutulub. Bunu nəzərə alsaq, ola bilsin ki, bu il referendum kecirilsin. Amma bununla bagli Milli Məclis təşəbbüslə çıxış etməli, dövlət başçısına müraciət etməlidir”.

 

 

 

YAP idarə heyətinuin üzvü, politoloq Asif Əsgərli bildirib ki, MSK-nın iclas keçirməsində qeyri-adi heç nə yoxdur.  Onun fikrincə, ölkə ictimaiyyətində formalaşan “MSK ancaq seçki ərəfəsində toplaşa bilər” düşüncəsi yanlışdır:

 

“Lakin bilməliyik ki, MSK-nın illik fəaliyyət planı var və seçici siyahıların dəqiqləşdirilməsi hər il aparılır. Çünki 18 yaşı yeni tamam olanlar yeni seşki siyahısına əlavə olunur, dünyadan köçənlər siyahıdan çıxarılır. Eləcə də digər təşkilati-texniki işlər həyata keçirilir. Dairələr, dislokasiya yerləri üzrə ümumi olaraq seçici siyahıları hər il MSK-da təsdiq olunmalıdır.  Ona görə də bu MSK-nın qrafik üzrə keçirdiyi növbəti iclaslardan biri idi və burda qeyri-adi məsələ yoxdur”.

 

A.Əsgərli hesab edir ki, referendumun keçirilməsi və Konstitusiyaya dəyişikliklə bağlı, hələlik hər hansı br qərar yoxdur. Onun sözlərinə görə, bununla bağlı qərarı ölkə prezidenti imzalamalıdır:

 

“Cənab prezidentin belə bir qərarı yoxdur və ona görə də bu istiqamətdə əvvəlcədən fikir bildirmək doğru deyil. Bununla bağlı hər hansı sərəncam, qərar olarsa MSK-da buna uyğun fəaliyyətini quracaq və  prosesdə iştirak edən bütün siyasi partiyalar da öz fəaliyyətini buna uyğun quracaqdır”.

 

A.Əsgərli qeyd edib ki, referendumda hansı məsələlər qoyulacaqsa, cəmiyyətə açıqlanacaq və geniş ictimai müzakirələr keçirdiləcək. Onun fikrincə, bu gün seçki ilə bağlı konkret qərar yoxdur və MSK, Milli Məclis tərəfindən bu barədə hər hansı açıqlama olmadığına görə bu barədə dəqiq fikir bildirmək olmaz:

 

“Deməli  seçici siyahılarının dəqiqləşdirilməsi və onun təsdiq olunması MSK-nın fəaliyət planına aid olan bir addımdır”.

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...