"Partiyamızdan uzaqlaşanlar, rəhmətə gedənlər var"
Fuad Əliyev: "Partiyanın rəhbər heyəti, şöbə sədrləri hazırda sənədlərə baxış keçirir"
“Siyasi partiyalar haqqında” Qanun qəbul edildikdən sonra siyasi cameədə müəyyən aktivlik müşahidə olunur. Partiyalar yeni qanunun müddəalarına uyğunlaşmağa məcburdur.
Versus.Az xəbər verir k, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev açıqlamasında üzvlərlə bağlı məlumatlarda dəqiqləşdirmə apardıqlarını bildirib:
Fuad Əliyev hazırda sənədlərə baxış keçirdiklərini vurğulayıb:
"ALDP 24 illik partiyadır. Bu dövr ərzində partiyadan uzaqlaşanlar, rəhmətə gedənlər olub. Hazırda bu məsələləri dəqiqləşdiririk. Yəqin ki, bu proses yaxın bir ay ərzində yekunlaşacaq və üzvlərimizlə bağlı məlumatları Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Partiyanın rəhbər heyəti, şöbə sədrləri hazırda bu işlərlə məşğuldur”.
Qeyd edək ki, partiyalar qanunun qəbulundan sonra 6 ay müddətində ən az 5 min üzvü haqqında məlumatları Ədliyyə Nazirliyinə verməlidir. Nazirlik aidiyyəti üzrə 1 ay müddətində təqdim olunan üzv siyahılarına baxıb geri qaytarır və partiya 90 gün ərzində qurultaya gedərək yeni qanunun tələblərinə uyğunlaşmalıdır.
SEVDA
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"